adalet.az header logo
  • Bakı -°C
24 Avqust 2026 00:00
71
İDMAN
A- A+

"Barselona"nın yeni hücumçu siyahısı bəlli oldu

"Barselona" klubu yeni mövsüm üçün hücum xəttini gücləndirmək məqsədilə geniş transfer siyahısı hazırlayıb.

Adalet.az "AS" nəşrinə istinadən xəbər verir ki, Xulian Alvaresin transferi çətin göründüyü üçün Kataloniya təmsilçisi alternativ variantları dəyərləndirir.

Siyahıda Lautaro Martines, Viktor Dyökeres, Junior Krupi və Nikolo Trezolidi kimi hücumçuların adları yer alır.

Rəhbərliyin maliyyə şərtlərinə və məşqçilər korpusunun rəyinə əsasən son qərarını yaxın günlərdə verəcəyi gözlənilir.