adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Noyabr 2021 10:38
850
ANALİZ
A- A+

Rusiya sülhməramlıları ermənilərə növbəti dəfə humanitar yardım payladı - 1 ton - FOTOLAR

Rusiya sülhməramlıları “respublika” adlandırdığı Qarabağ iqtisadi rayonuna növbəti dəfə humanitar yardım payladı. 
Bu gün Qarabağdakı tibb mərkəzinə gətilirilən humanitar yardımın həcmi 1 ton olub bağışlayıblar

Adalet.az SputnikArmenia saytına istinadən bildirir ki, bu açıqlamanı Rusiya Müdafiə Nazirliyi bildirib. Sayt yazır: “Rusiya sülhməramlı kontingentinin hərbçiləri “Mərhəmət” xeyriyyə təşkilatları assosiasiyasının nümayəndələri ilə birlikdə soyuq havalar ərəfəsində Stepanakertdə humanitar aksiya keçiriblər.


Aksiya çərçivəsində Rusiya sülhməramlıları ümumi çəkisi 1 tona yaxın olan 200 ədəd isti yorğan şəklində humanitar yükü respublika tibb mərkəzinin yoluxucu xəstəliklər şöbəsinə təhvil verib. Sülhməramlılar xeyriyyəçilərlə birlikdə yaxın gələcəkdə fasiləsiz enerji təchizatı və qızdırıcılar da verəcəklər”.


 P.S. Maraqlı nüanslardan biri də odur ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Qarabağ iqtisadi rayonu adlandırdığı ərazilər  növbəti dəfə Rusiya Müdafiə Nazirliyi tərəfindən  “respublika ” adlandırıldı.

Əntiqə Rəşid


 

Digər Xəbərlər