“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc - FOTOLAR
“Azərsun Holdinq” şirkətinin əsas şəkər markası olan “Azərşəkər” tərəfindən bu il də sosial dəstək ənənəsi davam etdirilib.
Adalet.az xəbər verir ki, “Azərşəkər”in xammal təminatında mühüm rol oynayan şəkər çuğunduru fermerlərinin və İmişli Şəkər Zavodunun əməkdaşlarının məktəbli övladları yeni tədris ilinin başlanması münasibətilə müxtəlif məktəb ləvazimatları və şirniyyat hədiyyələri ilə sevindirilib.
Hədiyyələr İmişli şəhərində və Ağcabədi rayonunun Kəbirli kəndində şəkər çuğunduru yetişdirən fermerlərin, eləcə də zavod əməkdaşlarının bu il birinci sinfə başlayan və ibtidai siniflərdə təhsil alan övladlarına təqdim olunub.
Layihənin əsas məqsədi yeni tədris ilinə qədəm qoyan uşaqlara sevinc bəxş etməklə yanaşı, Azərşəkərin uzun illərdir əməkdaşlıq etdiyi fermerlərə və İmişli Şəkər Zavodunun əməkdaşlarına olan diqqət və təşəkkürünü ifadə etməkdir.
“Azərşəkər” üçün şəkər çuğunduru yalnız istehsalın əsas xammalı deyil, eyni zamanda yerli fermerlərin əməyi, zəhməti və regionların inkişafı ilə bağlı dəyər zəncirinin mühüm hissəsidir. Bu baxımdan fermerlər və onların ailələri ilə birlikdə olmaq, onların övladlarının sevincini bölüşmək markanın sosial məsuliyyət yanaşmasının vacib istiqamətlərindən biridir.
Yeni dərs ilinin ilk günlərində uşaqların üzündə yaranan təbəssüm isə bu təşəbbüsün ən gözəl nəticəsi oldu.
“Azərşəkər” – yerli zəhmətin, yerli şəkərin və gələcəyin yanında.
Digər Xəbərlər
08 Oktyabr 2026 09:21
İt vergisindən 430 milyon qazanıblar
08 Oktyabr 2026 09:12
Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
07 Oktyabr 2026 09:30
Yataraq 2 milyon qazandı
07 Oktyabr 2026 07:48
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
06 Oktyabr 2026 08:51
Xəzər dənizinə necə düşüb? - Qeyri-adi tapıntı mütəxəssisləri çaşdırdı
06 Oktyabr 2026 07:44
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
06 Oktyabr 2026 07:43
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
06 Oktyabr 2026 07:42


Bakı -°C

