adalet.az header logo
  • Bakı 16°C
01 Noyabr 2021 12:08
1172
DÜNYA
A- A+

NATO Rusiyadakı hərbi missiyasını bağlayır

NATO 1 niyabr 2021-ci tarixindən Rusiyadakı hərbi missiyasını və informasiya işlərini bağlayır. Rusiya da 1 noyabr və yaxud bir az gec Alyansdakı nümayəndəliyini dayandırır.  NATO artıq Rusiya ilə əlaqə yaratmaq üçün Rusiyanın Belçikadakı səfirliyinə müraciət etməlidir. Moskva bu addımı Rusiya kəşviyyatına işləməkdə günahladırılan səkkiz əməkdaşının NATO-dakı nümayəndəliyindən qovulmasından sonra atıb. 
 

Bundan başqa Moskvanın akkredasiya olunan nümayəndələrinin sayı ona qədər azaldılıb. Hərbi ekspert, "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Rusiyada informasiya bürosu yaratmaqla onlar rusiyanın elit təbəqəsini, politoloqları, jurnalistləri və geniş ictimayyəti öz fəaliyyətlərində istifadə etməyə çalışırdılar. "Bunlar informasiya missiyası altında çalışan peşəkar xüsusi xidmət əməkdaşlarıdılar".

 Korotçenko qeyd edib ki, NATO -nun göstərilən xidmətlərinin fəaliyyətini dayandırması Rusiyanın Alyansla əlaqələrini sıfıra endirib. "Rusiya belə bir vəziyyətdə yalnız öz gücünə arxalanmalı və yalnız öz hərbi-siyasi məlumatlarına inanmalıdır".

Rüstəm Hacıyev