adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Noyabr 2021 11:04
446
DÜNYA
A- A+

Taliban toya basqın etdi- 3 nəfər öldü!

Əfqanıstanın idarəçiliyini ələ keçirən Talibanın rejimi illərdir müharibə və yoxsulluq məngənəsində yaşayan əfqan xalqına çətin günlər yaşatmaqda davam edir. Özlərini Taliban rəsmiləri kimi təqdim edən silahlı şəxslər ölkənin şərqindəki kəndlərdən birində keçirilən toya basqın edərək azı 3 nəfəri öldürüb, 10 nəfəri yaralayıb. Toya silahlı basqının musiqi səsləndiyi üçün baş verdiyi açıqlanıb.

BBC-də yer alan xəbərə görə, Nangarhar bölgəsində təşkil edilən və dörd cütlük tərəfindən təşkil edilən kütləvi toy məclisindən əvvəl bölgənin yerli Taliban rəhbərindən “yalnız qadınlar üçün nəzərdə tutulmuş bölmədə” musiqi çalmaq üçün icazə alınıb.
Lakin gecə saatlarında silahlı şəxslər toy məkanına soxularaq əvvəlcə musiqi yayımı cihazlarını və dinamikləri sındırıblar. Toy iştirakçıları vəziyyətə etiraz etdikdən sonra atəş açılıb.
Taliban sözçüsü Zabihullah Mücahid hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb. O, 3 silahlının yaxalanaraq həbs edildiyini etiraf edib, lakin onların Taliban üzvləri olduğunu təkzib edib.

Xatırladaq ki, Əfqanıstanda Taliban hakimiyyətdə olduğu 1996-2001-ci illərdə musiqi qadağan edilib. Lakin ölkəni yenidən ələ keçirən Taliban tərəfindən musiqiyə qadağa qoyulacağı hələlik açıqlanmayıb.

İLTİFAT