adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2026 18:31
54
SİYASƏT
A- A+

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan arasında siyasi dialoq ən yüksək səviyyədədir

“Azərbaycan-Gürcüstan münasibətlərinin çox geniş gündəliyi mövcuddur və siyasi dialoq ən yüksək səviyyədədir. Biz bu istiqamətdə çox ciddi dinamika müşahidə edirik”.

Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, son dövrdə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və təmaslar intensiv xarakter daşıyır.

O, bu xüsusda 2016-cı ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana səfərini, 2026-cı ilin mayında Gürcüstanın Baş nazirinin Azərbaycana səfərini, eləcə də ötən ay Gürcüstanın Siqnaxi şəhərində iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının keçirilməsini diqqətə çatdırıb.

Ceyhun Bayramov əlavə edib ki, iki ölkənin xarici işlər nazirləri arasında da intensiv və müntəzəm təmaslar mövcuddur:

“Biz çoxsaylı beynəlxalq tədbirlərdə hər fürsətdən istifadə edirik ki, görüşək, rəsmi və qeyri-rəsmi müzakirələr keçirək”.