Emre Mor karyerasını bitirdi
Niderlandın “NEK Neymegen” klubu türkiyəli futbolçu Emre Morla yollarını ayırıb.
Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı cinah oyunçusu sağlamlığına və şəxsi rifahına diqqət yetirmək məqsədilə peşəkar futbolçu karyerasını müvəqqəti dayandırmaq qərarına gəlib.
Ötən yay Niderland klubu ilə 2 illik müqavilə imzalayan Emre Mor komandanın heyətində 7 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Onun yeganə qolu UEFA Çempionlar Liqasının təsnifat mərhələsində “Olimpiakos”la qarşılaşmanın əlavə vaxtında qeydə alınıb.
Futbolçu qərarını səhhətində yaranan problemlərlə əlaqələndirib və bu mərhələdə öz sağlamlığını ön plana çəkməli olduğunu bildirib.
Qeyd edək ki, Emre Mor Türkiyə millisinin heyətində 15 oyunda 1 qolla yadda qalıb. O, “Qalatasaray” və “Fənərbağça” klublarının da formasını geyinib.
Digər Xəbərlər
25 Noyabr 2026 18:00
UEFA “Sabah” – “Barselona” oyunu ilə bağlı paylaşım etdi
25 Noyabr 2026 17:04
"Sabah"ın gəncləri "Barselona"ya uduzdu
25 Noyabr 2026 09:14
Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" "Barselona"nı qəbul edir
25 Noyabr 2026 07:58


Bakı -°C

