adalet.az header logo
  • Bakı -°C

"Avropa sülh şəraitində yaşamır" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
60 | 2026-11-24 15:11
A- A+

NATO Rusiya ilə mümkün müharibəyə hazırlaşır..?

Almaniyanın xarici işlər naziri Yoxan  Vadeful, NATO Parlament assambleyasının Berlndə keçirilən plenar iclasının açılışda bəyan edib ki, Avropa formal olaraq birbaşa müharibədə iştirak etməsədə, daha sülh şəraitində yaşamır. 

 "Təəsüflə etiraf etməliyik ki, Avropada sülh və əminamanlıq Rusiya ilə birlikdə deyil, yalnız onunla qarşıdurmada əldə oluna bilər. Bu bizim apardığımız analizlərin nəticəsidir"- deyə Almaniyanın XİN rəhbəri bildirib.

 Vadeful daha sonra bəyan edib ki, Ukraynanın taleyi  Kiyevin iştirakı olmadan, Avropanın təhlükəsizlik məsələsi  isə Avropanın iştrakı olmadan həll edilə bilməz, avropalı nümayəndələr də danışıqlarda iştirak etməlidirlər.

 Nazir xüsusi vurğulayıb ki, əsas məsələ NATO-nun Rusiya ilə hazırda hərbi əməliyyatlara hazır olmasıdır. Bunun üçün lazımi qədər silah-sursat ehtiyatı toplanıbmı? Üzv ölkələr tez bir zamanda hərbi qüvvələrini döyüş bölgələrinə aparmaq gücündədirlərmi? 

 Şimali Atlantika alyansının nümayəndəsi Alison Xart NATO-nun Polşada uzaq məsafədən maniəni müəyyən edən radolakasiya təyyarələrinin yerləşdiriləcəyini bildirib. O qeyd edib ki, komandanlıq hazırda bu regiona əlavə hərbi qüvvələrinin yetləşdirilməsi məsələsini müzakirə edir.

 Beləliklə, Avropa və NATO ortada ciddi bir təhlükə olmasada belə, ciddi şəkildə Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşır. 

Rusiya tərəfi də, NATO- və Avropa ölkələrinin təhdidlərinə cavab verməyə başlayıb. Moskva anlayır ki, Şimali Atlantika bloku ilə hərbi qarşıdurmada vəziyyəti diqtə etmək gücündə deyil. Ona görə də, onları nüvə potensialı ilə hədələməklə fikirlərindən daşınmağa çalışır. 

Belə ki, Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev müsahibəsində bəyan edib ki, Kreml Ukrayna ilə müharibədə nüvə silahından ehtiyac olmadığı üçün istifadə etməyib. Lakin belə bir ehtiyac yaranacağı  təqdirdə, Vladimir Putin ölkə başçısı kimi nüvə silahından istifadə etməyə borcludur.  

 Bu Moskvanın avropalılara və alyansa təhdidirmi, şantajıdırmı ? Düşünürük ki, hər ikisi. Artıq beş ilə yaxındır ki, Ukraynanı işğal etmək gücündə olmayan Rusiya, daha böyük gücün qarşısında dayana bilməyəcəyini aydın başa düşür. Rusiya,  nüvə silahlarından istifadə olunmasının dünya üçün böyük fəlakətlər yarada biləcəyinində fərqindədir. Amma, şantaj və təhdidlərdən başqa çıxış yollarıda yoxdur. 

 Yəqin ki, NATO və Avropa dövlətləri də,  Putinin özünündə etiraf etdiyi kimi, "Leniqrad küçələrində böyümüş" bir adamın təhdid və şantajlarının son nəfəsində reallığa çevrə biləcəyinin fərqindədirlər. 

Ona görə də, NATO-Rusiya hərbi qarşıdurmasının ən azından yaxın vaxtlarda reallaşacağı inandırıcı görünmür. Lakin, bu "qarşıdurmanın" daha əvvəldən "qurban" seçilən Ukrayna ərazilərində uzun müddət davam edəcəyi şübhə doğurmur...


 

TƏQVİM / ARXİV