adalet.az header logo
  • Bakı -°C
24 Noyabr 2026 17:48
49
DÜNYA
A- A+

"Ermənistan Konstitusiyasında Türkiyə ilə fikir ayrılığına səbəb olan ifadələr çıxarılıb"

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistanın baş naziri Nikol Paşinyanı yeni Ermənistan Konstitusiyasının layihəsində Türkiyə ilə fikir ayrılığına səbəb olan müddəaları çıxardığına görə tərifləyib.

Adalet.az xəbər verir ki, Kılıç bu barədə sosial şəbəkə hesabında yazıb. 

"Ermənistan Konstitusiyasında tarixi dəyişikliklər edilib: Türkiyə ilə fikir ayrılığına səbəb olan ifadələr çıxarılıb! Həmişə dediyim kimi, cənab Nikol Paşinyan təkcə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində deyil, həm də regionda davamlı sülh və sabitliyin bərqərar olmasında konstruktiv və səmimi tərəfdaşdır".