adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Oktyabr 2021 14:11
1400
DÜNYA
A- A+

Rusiyada son sutkada koronaviorusa yoluxanların sayı 40 mini ötüb

Rusiyada son sutka ərzində 40 251 nəfər koronavirusa yoluxub.

Adalet.az-ın məlumatına görə, bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Eyni zamanda ötən gün Rusiyada 1 160 nəfər koronavirusdan vəfat edib. Oktyabrın 29-da 1 163 nəfərin ölümü qeydə alınmışdı.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,47 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 237 380 nəfərə çatıb.

Təkcə son üç gün ərzində 120 mindən çox yoluxma qeydə alınıb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.