Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsindədir
Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nümayəndə heyəti Almaniya Federativ Respublikasına təcrübə mübadiləsinə yollanıb. Səfərdə Sosial işin təşkili kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Nigar Şahhüseynbəyova, kafedranın müəllimləri Aynur Bünyatova, Sara Ağayeva, Ülviyyə Mirzəyeva və Ayxan Şahbazsoy, Sosial - Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin müdiri Aygün Muradlı iştirak edirlər.
Səfərin məqsədi sosial iş, inklüziv təhsil, əlilliyi olan şəxslərə dəstək xidmətləri, sosial reabilitasiya və peşə hazırlığı sahələrində Almaniya təcrübəsini öyrənmək, həmçinin ali təhsil müəssisələri və sosial xidmət təşkilatları ilə akademik və institusional əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Nümayəndə heyətinin Düsseldorf, Köln, Bohum və Dortmund şəhərlərində yerləşən bir sıra ali təhsil müəssisələri və təşkilatlara səfəri nəzərdə tutulur. Onlar Düsseldorf Tətbiqi Elmlər Universiteti, Köln Universiteti, Evangelische Hochschule Bochum, Dortmund Peşə Təhsili Fondu və Caritasverband Dortmund e.V. təşkilatının fəaliyyəti ilə tanış olacaqlar.
Görüşlər zamanı sosial iş və inklüziv təhsil sahələrində tətbiq olunan yanaşmaların, sosial xidmətlərin təşkili və əlilliyi olan şəxslərin dəstəklənməsi üzrə modellərin öyrənilməsi, eləcə də birgə akademik təşəbbüslər və institusional əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.
Digər Xəbərlər
20 Noyabr 2026 15:37
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
19 Noyabr 2026 17:02
Nazir Məleykə Abbaszadəni kollektivə təqdim etdi
19 Noyabr 2026 10:49
“Başa düşülməyən tapşırıqlar əsasında düşündürücü testlər necə tərtib olunur?”
18 Noyabr 2026 17:12
İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq
18 Noyabr 2026 13:06
"İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" - Nazir
17 Noyabr 2026 12:01
Ali təhsil müddəti 3 ilə endirilir?
17 Noyabr 2026 11:14
“7-ci sinif "Ədəbiyyat" dərsliyində şagirdlərə şərab təriflənir, qətl niyyətindən bəhs edilir.
17 Noyabr 2026 11:10


Bakı -°C

