adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Oktyabr 2021 18:50
1139
SİYASƏT
A- A+

Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 28-də Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarla görüşüb.

Nazirlər Kabinetindən Adalet.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında maliyyə-bank sektorunda əlaqələrin hazırkı vəziyyəti, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı görüşdə iştirak edib.