adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Oktyabr 2021 12:32
1551
SİYASƏT
A- A+

Birliyimiz, qardaşlığımızın təcəssümüdür

Tarixi Zəfər qələbəsindən sonra işğaldan azad olunmuş Qarabağda, 30 iə yaxın işğal zamanı erməni vandalları tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərimizdə quruculuq – bərpa işlərinə başlanılıb. Artıq ilk növbədə enerji mənbələri müasir tələblərə cavab verən şəkildə bərpa olunur, strateji əhəmiyyət daşıyan yolların tikintisi sürətlə davam etdirilir.

Quruculuq- pərpa işlərinin aparılmasını nəzarətində saxlayan ölkə Prezidenti tez-tez bu ərazilərəgəlr və aparılan işlərlə yerində tanış olur, müvafiq göstəriş və tapşırıqlarını verir.

İkinci Qarabağ müharibəsi dövründə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan quruculuq-pərpa işlərində də Türkiyənin ökəmizin yanında olduğunu görürük. Müharibədən sonra, !5 iyun 2021-ci il tarixində Azərbaycanın Mədəniyyət Mərkəzi Şuşa şəhərinə səfər edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Taiyyib Ərdoğan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə şəhərdə erməni vanddallarının törətdikləri vəhşiliklərrin şahidi oldu, hazırda aparılan quruculuq-bərpa işləri ilə tanış oldular. Elə həmin gün iki ölkə rəhbərləri arasında tarixi Şuşa Bəyannaməsi imzalandı.

 

26 oktyabr 2021-ci ildə Türkiyə Respublikasının Prezidenti Qarabağa növbəti dəfə səfər etdi və onun təyyarəsi qısa müddət ərzində inşa edilmiş, beynəlxalq standartlara cavab verən və açılışına hazırlaşdıqları Füzuli Beynəlxalq hava limanına endi. Hava Llimanının rəsmi açılış mərasimindən sonra Zəngilana yollanan prezidentlər, Ağalı kəndində aparılan inşa işləri ilə tanış oldular.

Ağalı kəndində jurnalistlər üçün təşkil olunan mətbuat konfransında çıxış edəmn Azərbaycan Respublikasının Prezidenti ölkəmizin Qarabağ bölgəsinə səfər edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlıyaraq, Zəfər Qələbəsində Türkiyənin verdiyi dəstəyi Azərbaycan xalqının yüksək qiymətləndirdiyini bildirdi.

“ 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə Türkiyə və Azərbaycan arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmışdır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir.

Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsitarixi hadisələrdir. Bu tarix birlikdə yazılır. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik.Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib”.

Müharibə dövründə, beynəlxalq səviyyədə Azərbaycanın yanında olduğunu diqqətə çəkən Prezident İlham Əliyev bildirdi ki, “İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olmuşdur. Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycan üçün çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir”.

Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Türk Şurası təsirli beynəlxalq təsisatdır. Gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq.

Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə danışan İlham Əliyev, məlumat verdi ki, “Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaqdır”.

Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.

 

Rüstəm Hacıyev