adalet.az header logo
  • Bakı 6°C
26 Oktyabr 2021 12:19
2789
MARAQLI
A- A+

Alimlər iti taxta bıçaq düzəldiblər

Merilend Universitetinin tədqiqatçıları taxtanı 23 dəfə sərtləşdirməklə iti bıçaqlar hazırlayıblar.

Bu materialdan hazırlanmış bıçaq paslanmayan poladdan hazırlanmış bıçaqdan demək olar ki, üç dəfə kəskindir.

Merilend Universitetində tədqiqatın müəllifi Ten Li nin sözlərinə görə “taxta bıçaq” nahar zamanı orta dərəcədə bişmiş steyki asanlıqla kəsir".

Li və komandası bu materialdan adi polad mismarlar qədər iti, lakin korroziyaya davamlı taxta mismarlar hazırlamaq üçün istifadə oluna biləcəyini iddia edirlər.

Alimlər ümid edirlər ki, gələcəkdə bərkimiş ağacdan daha cızıqlara və aşınmaya davamlı avtomobil detallarının hazırlanmasında, həmçinin tikintidə istifadə oluna bilər.

 

AYXAN