SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: ONUNDU

  517   |  
Şriftin ölçüsü  

("Bir qadına..." silsiləsindən)

Nə  tumurcuq, nə də yarpaq  olmadın
Saçındakı  . hətta  dənin  onundu!
Sıxılsan da, bulud  kimi dolmadın -
Sən yarısan, yarı  tənin  onundu...

Gecən gecə, gündüzün də gündüzdü 
Qarşına da, Allah  özü  gün  düzdü...
Demirəm ki, kim əyridi, kim düzdü -

Büründüyün duman, çənin  Onundu!
Hərdən  ümid   köynəyini  geyirsən,
İç dünyanda  bir  MƏNİN  var  deyirsən...
Xatırladım,ya  da elə  deyim,  sən -

Bil, sinəndə  olan  mənin  onundu!
Çox da  canın ülfət  umur, tək, ülfət
Alın  yazın - tənhalıqdı, çək  xiffət...
Son  nöqtədə dayanmısan   Əbülfət -
Son  nöqtənin sonu  sənin sonundu...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29
2021-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK