adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
25 Oktyabr 2021 11:28
477
DÜNYA
A- A+

Koçevenko: Bu, Rusiya üçün dəhşətli yuxudur

Ukrayna təkcə dəstək yox, həm də yardım təklif etmək üçün NATO-ya müraciət edə bilər.

Adalet.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Koçevenko deyib. Onun sözlərinə görə, Ukrayna ordusu bu gün Avropada say baxımından ən güclü və böyüklərdən biridir:

“NATO ölkələrinin çoxu silahlanmaya qənaət edir. Bizim qonşularımızdan yalnız Polşa ordusu yanaşmalarında obyektivdir. Polşa ordusunun sayı təxminən 150-160 mindir. Digər ölkələrdə isə bu göstərici daha azdır. Ukrayna ordusunun gücünü nəzərə almamaq olmaz. Ukrayna ordusunun təcrübəsini artıq ABŞ-dan, Almaniyadan və Litvadan olan zabitlər tədqiq edirlər. Bu gün demokratik dövlət təhlükəsizliyinin təminatının NATO-dan daha yaxşı modeli yoxdur. Biz NATO-ya indi təkcə müdafiə olunmaq yox, həm də köməyimizi təklif etmək üçün gedə bilərik. Əlbəttə, bu, Moskvada isterika yaradır. Ukrayna və Gürcüstanın NATO-da olması Rusiya üçün dəhşətli yuxudur”.