adalet.az header logo
  • Bakı 7°C
22 Oktyabr 2021 14:22
3544
SİYASƏT
A- A+

Armen Baqdasaryandan "Zəngəzur dəhlizi" açıqlaması:"Ermənilər öz mövqelərini iki həftədə dəyişə bilən millətdir”

44 günlük müharibədən sonra haqqında ən çox danışılan mövzulardan biri də Zəngəzur dəhlizi açılması ilə bağlıdır. 
Həm Avropa siyasi şərhçilərinin, həm də region tanınmış politoloqlarının fikrincə, əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. 
Bəli Azərbaycan da bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitənin əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. 


Ermənistan 10 noyabr Bəyanatından bu günə qədər tərddüd etməklə  30 illik blokada şəraitindən çıxmağa könülsüz yanaşıb. Yenə də politoloqların fikrincə,  Ermənistan Zəngəzur dəhlizinin qeyd olunan üstünlüklərindən yalnız öz qonşularına qarşı 30 ilə yaxındır həyata keçirdiyi təcavüzkar siyasət əvəzinə daha çox regional əməkdaşlığı seçərsə faydalana bilər. Ermənistan iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişaf imkanları əldə etməyi istəyirsə, bunun yeganə yolu regional əməkdaşlığa qoşulmaqdan keçir. Əks təqdirdə, Ermənistanda yüksək işsizlik səviyyəsi, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət hökm sürəcək və ölkə uzunmüddətli iqtisadi inkişaf perspektivləri fürsətini əldən verəcək”.
Maraqlıdır ki, ermənilər 30 il iqtisadi və nəqliyyat blokadasında olduqlarından şikayət edirdilər, indi onlar bu blokadaların aradan qaldırılmasından şikayətləndikləri halda , blokadadan çıxmaq üçün addımlar atmağa da təşəbbüs göstərmirlər.
Məsələn, erməni siyasi analitik  Armen Baqdasaryan  dünyanın siyasi, iqtisadi analitiklərinin bu fikirlərini təsdiqləyib.


Adalet.az xəbər verir ki, erməni siyasi analitikin maraqlı açıqlaması erməni hökümətinin və erməni xalqının durumunu dəqiqliklə göstərir: 
“Bu vəziyyətdən çıxmaq üçün resurslarımız yoxdur. İndi düşünə biləcəyimiz yeganə şey bu dalandan az itkilərlə çıxmaq olmalıdır. Ermənistan hakimiyyətinin azərbaycanlılara Zəngəzurda 5 kilometr enində dəhlizə artıq razılıq verdiyini dair təsdiqlənmiş məlumatlar gəlməkdədir.


İranın mövqeyinə gəlincə, Tehran Azərbaycandan çəkinir, çünki hesab edir ki, Qərb bu ölkənin ərazisindən onunla mübarizə aparmaq üçün istifadə edə bilər. İran həm də Ermənistandan qorxur, amma gücünə-qüdrətinə görə deyil, ona görə ki, İrəvanla uzunmüddətli razılaşmaya nail olmaq mümkün deyil, ermənilər öz mövqelərini iki həftədə dəyişə bilən millətdir”, - deyə erməni ekspert qeyd edib.

 

 “Ermənilər öz mövqelərini iki həftədə dəyişə bilən millətdir” deyən siyasi analitikin bu sözü ermənilərin xoşuna getməsə də hər halda gerçəyi yansıdır.

 Əntiqə Rəşid