adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 16:21
710
GÜNDƏM
A- A+

SEVİNC OSMANQIZI, ARTIQ DÜNYA İLHAM ƏLİYEVİN AYAĞINA GƏLİR 

Deməli, Sevinc Osmanqızı belə bir video paylaşıb və Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidentini müqayisə edib. Və bildirir ki, Nikol Paşinyan son zamanlar neçə ölkəyə səfər edib və hansı dövlətin başçıları ilə görüşüb. Onu da qeyd edir ki, Azərbaycan prezidenti İlham Əliyev həmin müddətdə cəmi iki dəfə səfər edib, o da Rusiyaya.

Sevinc Osmanqızı, Nikol Paşinyan düşüb İran, Gürcüstan, Avropa ölkələrinə və sair və ilaxır, hamıdan dəstək və nəsə dilənir. Çünki məğlub bir ölkənin məğlub bir lideridi. Və təbii ki, müəyyən tula payı da alır.

Amma bu 44 günlük müharibədə böyük bir zəfər qazanmış ordunun komandanı oturub evində, kimlərsə, hansısa ölkənin baş nazirləri və məsul şəxsləri onun qarşısına gəlir, özü də xahişə və minnətə.

Qaldı Rusiyaya səfərləri, məlum 10 noyabr Bəyannaməsinə imza atan üçüncü dövlət Rusiyadır, ona görə də Rusiya ilə təmaslarını daha da artırır ki, həmin Bəyannamədəki və yaxud bəyanatdakı məsələlər həll edilsin.

Və o da həll ediləcək. Söhbət Zəngəzur dəhlizindən və dəmiryol dəhlizindən gedir. Və əgər Ermənistan buna razılaşmasa Dəmir yumruq yerindədi.

Və biləsən ki, artıq dünya Azərbaycan prezidentinin ayağına gəlir və bizim prezidentin kiminsə yanına getməyə ehtiyacı yoxdur.