adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Oktyabr 2021 15:39
759
SAĞLAMLIQ
A- A+

Texniki Universitetdə bir neçə qrup koronavirusa görə distant təhsilə keçib

Azərbaycan Texniki Universitetinin (AZTU) 3 tələbəsi koronavirusa yoluxub.

Bu barədə AZTU-nun mətbuat katibi Sevinc İsgəndərova məlumat verib.

Onun sözlərinə görə, həmin tələbələrin təhsil aldığı qruplar onlayn tədrisə keçib.

Qeyd edək ki, sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Qaydalara uyğun olaraq, 18 yaşı tamam olan tələbələrdən və əməkdaşlardan vaksin pasportu, immunitet pasportu və ya əks göstəriş sənədi tələb edilir. Auditoriyaların tutumundan asılı olaraq isə dərslər növbəli təşkil olunur.