adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Oktyabr 2021 13:21
848
MƏMLƏKƏT
A- A+

Zəfər Günü Azərbaycanda Amnistiya gözlənilir

“8 Noyabr” Zəfər Günü ərəfəsində Azərbaycanda növbəti Amnistiya aktı qəbul ediləcək.

“Adalet.az ”-ın məlumatına görə, hazırda Amnistiya layihəsi üzərində hökumətdə iş gedir. Layihə işlənilib bitdikdən sonra Milli Məclisin müvafiq komitəsinə göndəriləcək.

Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.