Bakıdakı partlayışla bağlı cinayət işi başlandı

Xəbər verildiyi kimi iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi digər ağır nəticələrə səbəb olduqda) və 224-cü (partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə edilib.
Hazırda ibtidai istintaq davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Digər Xəbərlər

İsmayıllıda qeysəriyyə əməliyyatı zamanı döl tələf olub

Sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb

Cümşüdün ölümü ilə bağlı cinayət işi başlandı

Ötən həftə aşkarlanan mina sayı açıqlandı

Ağdamda polis əməkdaşı minaya düşdü - YENİLƏNİB

Yekaterinburqda öldürülənlərin nəşi bu gün Azərbaycana gətiriləcək

6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verildi - VİDEO
