Ersin Tatar Azərbaycana səfər edəcək

Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycana səfərə gəlir.
Adalet.az xəbər verir ki, Ersin Tatarın səfəri iyulun 2-də baş tutacaq.
Onun bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur.
Şimali Kipr Prezidentinə eyni zamanda Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.