Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İyunun 29-u günün ikinci yarısından başlayaraq iyulun 1-i axşamadək ölkənin bəzi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmət xəbərdarlıq edir ki, bəzi ərazilərdə yağıntılar leysan xarakterli olacaq, dolu düşməsi ehtimalı var.
Bununla yanaşı, çaylarda sululuğun artacağı, xüsusilə Böyük və Kiçik Qafqazın dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
Əhalinin ehtiyatlı olması, xüsusilə dağlıq və çayətrafı ərazilərdə yaşayanların diqqətli davranması tövsiyə olunur.
Digər Xəbərlər
jpg-1751182392.jpg)
Vətəni təmənnasız sevməyin bədəli: Yelmar Məmmədovun doğum gününə...

35 nəfərin zəhərləndiyi "Dönər evi" yenidən açıldı – Jurnalistlərə hücum etdilər - VİDEO

1992-ci ilin iyulu, 845-in Pircamal rəşadəti - 33 illik tarix

Sabah üçün çimərliklərdə suyun hərarəti açıqlandı

Xan yurdunun isti ocağı - Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası

Yeni günə oyanan Ağalı - VİDEO

Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət ediblər - FOTOLAR
