adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Oktyabr 2021 10:20
377
DÜNYA
A- A+

Paşinyanın Mülki Müqavilə Partiyası Gümrünü uduzdu: 2643 səs...

Ermənistan Baş naziri Nikol Paşinyanın Mülki Müqavilə Partiyası Ermənistanın ikinci böyük şəhəri Gümrü meri uğrunda keçirilən seçkidə uduzub.

Adalet.az xəbər verir ki, Gümrünün hazırkı meri Samvel Balasanyanın rəhbərlik etdiyi Balasanyan Bloku Gümrü şəhər özünüidarəetmə orqanına keçirilən seçkilərdə səslərin 36,58%-ni, Mülki Müqavilə Partiyası isə 29,56%-ni yığıb.

Gorus şəhərində hazırda həbsdə olan mer Aruş Aruşanyanın “Aruş Aruşanyan” bloku isə Paşinyanın partiyasından olan rəqibini üstələyib. Belə ki, “Aruşanyan” bloku 4867 səs topladığı halda Mülki Müqavilə 2643 səs yığıb.