adalet.az header logo
  • Bakı 12°C
16 Oktyabr 2021 11:35
713
DÜNYA
A- A+

Taliban Əfqanıstanda qızların məktəbə getməsinə izn verəcək

Taliban Əfqanıstanda qızlara, tezliklə, orta məktəbləri ziyarət etmək izn verəcək.

Adalet.az xəbər verir ki, bu məlumatı UNİSEF-in icraçı direktorunun müavini Ömər Abdi deyib. O, taliblərin təyin etdiyi yeni təhsil nazirinin bununla bağlı ona vəd verdiyini bildirib:

“Mən indi sizinlə danışanda orta məktəb yaşında olan milyonlarla qız 27 gündür təhsil almır. Gözlədiyimiz hər gün bu qızlar üçün itkidir”.