adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Oktyabr 2021 16:52
1445
İDMAN
A- A+

"Ronaldonun qayıdışı kuboklar qazanmağımıza təkan verəcək"

"Mançester Yunayted"in hücumçusu Markus Reşford hücumçu Kriştiano Ronaldonun İngiltərə klubuna geri dönməsini şərh edib.

Adalet.az xəbər verir ki, o, "BBC"yə açıqlamasında deyib:

"Kriştianonun qayıtması məndə həm futbolçu, həm də Mançester azarkeşi kimi inanılmaz hisslər yaratdı. Əfsanələr komandaya qayıdanda hər zaman əladır. "Old Trafford"da Ronaldo ilə birlikdə oynamaq inanılmaz təcrübədir. Ümid edirəm ki, bu, kuboklar qazanmağımıza təkan verəcək".