SON DƏQİQƏ:

Mənə yalan danışın  - Emin Piri yazır

  659   |  
Şriftin ölçüsü  

Həqiqətin nə olması əsas deyil, necə dilə gətirilməsi də önəmlidir. Padşahın yuxu yozanlara yuxusunu yozdurması kimi. Padşaha qohumlarınız sizdən əvvəl öləcək yozumuyla edama məhkum edilən və siz qohumlarınızdan daha uzun ömürlü olacaqsınız yozumuyla mükafata qərq olunan yuxu yozanlar kimi. Beləliklə, eyni sözü və ya yuxunun həqiqətinin necə deyilməsi əsas məsələdir. Burdan gördüyünüz kimi insanlara həqiqət yox, onun kim tərəfindən deyilməsi və necə deyilməsi önəmlidir.

Həqiqət çox çirkindir. İnsanlığı həqiqət yox, yalanlar xoşbəxt edir.

Bir çin pritçası var. Həqiqət axtarışına çıxan bir zahid illərlə çölləri, səhraları gəzir. O, yaşadığı eldə insanlara həqiqəti tapacağını söz verib evdən ayrılmışdı. Uzun illərdən sonra uçuq-sökük bir komayla rastlaşır. Komanın içindən çox çirkin, üz-gözündən çirk axan qoca bir kişi çıxır. Bu zahid ondan kim olduğunu soruşur. O isə həqiqət olduğunu deyir. Təəccüb və təəssüf içində qalan zahid deyir ki, mən xalqıma həqiqəti tapacağım sözüylə evdən çıxmışdım. Illərdir, ac-susuz çöllərdəyəm. Axı, insanlara necə deyim ki, Həqiqət belə çirkindir? Onlar elə bilir ki, sən dünyanın ən gözəl bir nəsnəsisən.Həqiqətsə ona deyir ki, get insanlara yalan de. De ki, həqiqət gözəldir.

Həqiqət gözəl deyil...Bizi tapmadığımız, haqqında gözəl yalanlar uydurduğumuz Həqiqət xoşbəxt edir.

Bir sözlə həqiqətin gözəlliyinə inanmıram, sizi bilmirəm. Mənə inana biləcəyim gözəl yalanlar danışın...

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK