adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Oktyabr 2021 17:04
2930
GÜNDƏM
A- A+

Müharibə üçün raketsiz qırıcılar?- Baş nazirin” Su-30”  sevinci , “Alkaş” müdafiə nazirinin 150 milyon dollarlıq fırıldağı...

2019-cu il sentyabrın 27-də Nikol Paşinyan 130 və ya 150 milyon dollara alınmış 4 ədəd Su-30SM ilə dünyada ən bahalı selfini etdi. Hətta bundan yarım il sonra, 2020-ci il iyulun 15-də Nikol Paşinyan “Facebook" səhifəsində havaya qalxan SU-30SM barədə video yerləşdirmişdi.


 Adalet.az xəbər verir ki, biabırçı məğlubiyyətdən sonra - 2021-ci il martın 20-də Nikol Paşinyan dedi ki, Ermənistan Rusiyadan Su-30SM qırıcılarını raketlərsiz alıb. Biabırçı məğlubiyyətdən sonra biabırçı açıqlama bir çox erməni siyasətçilərinin qəzəbinə səbəb oldu.
Erməni hərbi analitik, siyasi şərhçi Tevos Arşakyan düşünür ki, Tonoyanın ən böyük “uğuru” sayılan Su-30-ların alınması belə müharibə zamanı “sıfır” effekti yaratdı:”

 


Ermənistan 2 il öncə bütün  dünyaya car çəkdi ki, onlar Ruslardan dünyanın ən güclü hərbi təyyarəsi sayıla biləcək Su-30-lar alıb. O vaxtki Ermənistan müdafiə naziri David Tonoyanın sevincinin hədd-hüdudu yox idi. O, çıxışlarından birində hətta Ermənistanın bu qırıcıları əldə etdikdən sonra total hərbi gücə malik olan dövlətlər sırasına daxil olduğunu da dilə gətirmişdi. Azərbaycan ilə müharibə zamanı aydın oldu ki, bu təyyarələrin heç raketləri yoxdur. Bu “Su”ları idarə edə biləcək kadrlar da yox idi.


Siyasi şərhçi Tonoyanın spirtli içki audəçisi olduğunu misal gətirərərk iddia edib ki,çox güman ki, Moskvada Su-30 danışıqları zamanı Tonoyanın başı müqavilədən çox, arağa qarışıb və ruslar ona raketsiz təyyarələr soxuşdurublar: “Bu yaxınlarda Nikol Paşinyan hakimiyyətdə qalmaqdan ötrü ən yaxın ətrafından olan digər generalları da həbs etdirəcək – su meymunun boğazına çıxanda balasını ayaqlarının altına alır”-deyə Tevos Arşakyan vurğulayıb.


 Qeyd edək ki, Rusiyanın qəhrəmanı, məşhur pilot Maqomet Talboyev o vaxt  məsələ ilə bağlı açıqlamasında bildirdi  ki, “Su-30SM” ermənilər üçün “bahalı oyuncaq”dır:”
 “Su-30SM” qırıcısından Dağlıq Qarabağda istifadə etmək çətindir, çünki onlar Hava Hücumundan Müdafiə sistemləri tərəfindən asanlıqla aşkar edilir”.
 Hazırda vaxtılə Ermənistanın Müdafiə naziri olmuş David Tonoyanın həbs olunmasının səbəblərindən biri də məhz “Su-30SM”  qalmaqalıdır.

 Əntiqə Rəşid