SON DƏQİQƏ:

İndiyədək 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib - FOTO

  267   |  
Şriftin ölçüsü  

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyə Respublikasına işgüzar səfər çərçivəsində “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən, ağır yaralanan qazilərimizi ziyarət ediblər.

Fonddan verilən məlumata görə, bu günə qədər 132 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.

Onlardan 88-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qazilərimizlə söhbət zamanı bildirib ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün onlara minnətdarıq və “YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, səfər Türkiyənin İstanbul şəhərində təşkil olunan 4-cü “Texnofest” Festivalında iştirak məqsədilə reallaşdırılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK