adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Sentyabr 2021 17:31
1547
HADİSƏ
A- A+

İti su kanalına atan şəxs cəzalandırıldı

Rəhmsiz rəftar göstərilərək su kanalına atılan itlə bağlı sosial şəbəkədə yayılan görüntülər əsasında aparılan araşdırma başa çatıb.

Adalet.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, hüquq-mühafizə orqanları ilə birgə aparılan araşdırma zamanı iti suya ataraq onunla qəddar davranan şəxsin Yevlax rayon sakini İlkin Səfərov olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar İ.Səfərov barəsində protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb olunub.