SON DƏQİQƏ:

Gülağa Aslanlı: “Yalansa, o "İslam" İrana qənim olsun...”

  208   |  
Şriftin ölçüsü  

Azərbaycannın Türkiyə ilə Xəzər Dənizində hərbi təlimlər keçirməsi İranın narazılığına səbəb olub. Təlimlər bitəndən sonra İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə bildirib ki, Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı beş dövlətdən (İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır: "Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq".

Əvvəla onu da bildərk ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın əvvəlində başlayan və ayın 12-ə qədər davam edən təlimlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordusunun qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsi olub. Məşqlərdə həmçinin, sualtı hücum və müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra edilib. Yəni qısası, bu təlimlərdə Türkiyə tərəfdən sadəcə şəxsi heyət iştirak edib. Buna görə də, İrana yeri gəlsə təlimlərdə hansı ölkənin hərbçilərini dəvət etməyimizin bir “isti-soyuğu” olmamlıdır. Biz Xəzərdə öz ərazimizdə təlim edirik. İran məgər atom bombası əldə etməmişdən əvvəl bizdən icazə almışdı?

Sözü gedən məsələ barədə siyasətçilərimizin də münasibətini öyrənməyə çalışdıq.

Müsaat Partiyasının başqan müavini Gülağa Aslanlı “Adalet.az”-a açıqlamasında bildirdi ki, İran Azəebaycanın güclənməsini heç vaxt  istəməyib. Dağlıq Qarabağ məsələsində də bizim qonşu dövlət daima ermənilərə dəstək verib. İran bu gün də Qarabağdakı ermənilərə yardım edir ki, çətin vəziyyətdən çıxıb Azərbaycana qarşı separatçılıq əməllərini davam etdirsinlər. İran özünü İslam dövləti adlandırır, amma gəlin görün, bu 30 ildə Ermənistana Qarabağdakı dini abidələrimizi dagıtdığına görə bir kəlmə iradını bidiribmi? Yalansa, o İslam İrana qənim olsun... Xəzərdə ondan başqa 4 ölkə də var, niyə onlar bir söz demirlər, narahat olmurlar, yalnız İran Türkiyənin Xəzərdəki təlimlərdə iştirak etməsindən  narahat oldu? Türkiyənin burda gəmisi  yox, silahı yox. İran nədən narahat olub? Sadəcə Azərbaycanın güclənməyində qorxuya düşüblər, vəssalam.

G.Aslanlı Gorus - Qafan yolunda polis postlarının qurulmasına da toxundu. Onun sözlərinə görə, polis postunun qoyulmasi gecikmiş olsa da alqışlanmalı haldır.

“Amma mənə çox qəribə gəldi ki, niyə polis postu? Niyə İran sürücülərindən Azərbaycana daxil olmaqla bağlı rüsum alınmaqla məsələ bitir? Halbuki, orda gömrük keçidi olmalıdır və ordan keçən avtobillərdə Ermənistana nələrin aparılması yoxlanılmalıdır. Çünki bizi həmin yolla İrandan Ermənistana və ordan da Laçın dəhlizi vasitəsil Qarabağa aparılan mallar narahat edir. İran narko -trafikin mərkəzində olan ölkədir, bəlkə elə bu yolla narkotika aparılır. Çünki polis yoxlaması ilə, gömrük keçidindəki yoxlama başqa şeydi. Bu iş tamamlanmalıdır. Azərbaycan həmçinin Laçin koridorunda da gömrük postu qoymalıdır. Çünki Laçın Azərbaycanın suveren əraizsidir. Azərbaycanın haqqı var ki, Ermınistandan Qarabağa keçən maşınlarla nələrin daşındığını bilsin”,- deyə Müsavat funksioneri söylədi.

 

İLTİFAT

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK