adalet.az header logo
  • Bakı 18°C
14 Sentyabr 2021 15:56
1221
DÜNYA
A- A+

Rusiya “Qərb-2021” hərbi təlimlərində yeni silahlarını nümayiş etdirir

Nijeqorod vilayətində yerləşən Mulino hərbi poliqonunda keçirilən Rusiya – Belarusiya birgə hərbi təlimlərində Rusiya fantastik filmlərdə olduğu kimi, ABŞ-a və onun NATO-dakı müttəfiqlərinə yeni, ətrafa od- alov saçan, ön cəbhəyə və geriyə arxa cəbhəyə manevr edən kəşviyyata və atəş dəstəyi verən robot silahlarını nümayiş etdirir. Bu silahlar ilk dəfə olaraq, Rusiya və Belarus əsgər və zabitləri ilə “çiyin-çiyinə” təlimlərdə iştirak edirlər.

Dəmir pilotsuz “Nerexta” maşınları qabaq mövqedə olan kəşviyyata yaxın yerdə kütləvi atəş yaratmaqla müdafiə qüvvələrinə dəstək göstərirlər. Bu dəmir maşınlar, 12.7 mm-lik “kord”pulemyotlarıyla və 30 mm-lik AQ-30M qranatamyotları ilə təhciz olunub. “Nerexta” təkcə döyüşmür, o eyni zamanda düşmənin mövqelərini müəyyənləşdirərək, ordunun atəş yerlərini korrektə edir, arxa cəbhədən ön cəbhəyə sursat daşıyır.

Daha bir təhlükə yaradan “Uran-9” pilotsuz idarə olunan robotu, tırtılla hərəkət edən, coxsaylı pobottexniki funksiyaları yerinə yetirir. Bu hərbi texnika kəşviyyat və əks kəşviyyat kombinasıyalarının həyata keçirilməsi üçün yaradılıb. 30 mm-lik top, tank əleyhinə “Ataka”raketləri və 12 reaktiv “Şmel-M” tipli oqnomeytla təhciz edilib. “Uran” qurğusu 3000-5000 metrlik məsafədə düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmək gücündədir.

Xatırladırıq ki, Rusiya-Belarusiya birgə təlimləri 10-16 sentyabr tarixlərində keçirilir. Bu təlimlərdə 200 minə yaxın canlı qüvvə iştirak edir.  Əslində təlimləein məqsədi,  Rusiya sərhədləri yaxınlığında cəmləşməkdə olan NATO qoşunlarını  qorxutmaqdır.

Kp.ru saytının materialları əsasında

Rüstəm Hacıyev