SON DƏQİQƏ:

Ədalət Vəliyev: “Bütün siyasi partiyalarla dialoqa və əməkdaşlığa hazırıq”

  213   |  
Şriftin ölçüsü  

Sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib.

Tədbiri giriş sözü ilə açan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev görüşdə iştirak edən siyasi partiya rəhbərlərini Prezident İlham Əliyevin adından salamlayıb, onlara ölkədə milli həmrəylik, siyasi dialoq mühitinin təşviqinə xidmət edən müxtəlif səpkili layihələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

“Bu gün Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlayıb. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində  Vəliyev davam edən təcavüz və işğal siyasətinə son qoyulub”- deyə  Ədalət Vəliyev bildirib.

Prezident İlham Əliyevin sistemli və çoxşaxəli inzibati-siyasi islahatlarının nəticəsində ölkədə sağlam iqtidar-müxalifət dialoqu, yeni siyasi konfiqurasiya qurulur.    Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi,    siyasi partiyalarla işin yenidən təşkil edilməsi bağlı çox işlər görülməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə  siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələrinin təhlil olunaraq irəli sürülən təkliflərin öyrənilir və  müvafiq addımlar atılır. 

Bu günədək sağlam iğtidar- müxalifət dialoqu çərçivəsində Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev, iki partiya- Musavat və AXCP istisna olmaqla – demək olar ki, ölkədə fəaliyyət göstərən bütün siyasi partiya rəhbərləri ilə görüşüb, onların təklif və iradlarını dinləyib. Musavat partiyası və AXCP dialoqa dəvət olnsalarda, onlar bu dialoqdan imtina ediblər.

Bildiyimiz kimi”Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır. Dialoq zamanı siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflərin yeni qanunda öz əksini tapması üçün müzakirələr aparılır. Təəssüf ki, radikal mövqe tutan Musavat və AXCP hələki dialoqda iştirak etmək istəmirlər. Lakin Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin də dəfələrlə vurğuladığı kimi, dialoq qapısı siyasi mövqeyindən asılı olmayaraq hər kəsin üzünə açıqdır. 

 44 günlük ikinci Qarabağ müharibəsi zamanı bütün siyasi qüvvələr Dəmir Yumruq daxilində birləşərək, torpaqlarımızın işğaldan azad edilməsi üçün birgə mübarizə apardılar, 8 birgə bəyanat, 2 müraciət qəbul edilərək imzalandı. Musavat partiyası və AXCP yenə də özlərini kənarda saxlayaraq bu bəyənatlara qöşulmadılar. Düzdür onlar müharibə zamanı ayrı-ayrılıqda bəyənatla çıxış edərək, müharibə dövrü siyasi fəaliyyətlərini dayandırdıqlarını,xalqın, Ali baş komandanın yanında olduqlarını bildirdilər. Lakin niyə xalqın ağır günündə birgə bəyanatı imzalayan 50 siyasi partya ilə birlikdə yox, ayrı - ayrılıqda bəyanat vermələri  anlaşılmadı. 

Ağır döyüşlər zamanı siyasi fəaliyyətlərini dayandırdıqlarını bəyan edən siyasi partiyaların sıravi üzvüləri Milli Ordumuzun tərkibində çiyin-çiyinə vuruşdular. Onlar bir daha sübut etdilər ki, vətənin ağır günlərində  siyasi ambisiyalar kənara qoyulmalı, Ali Baş Komandanın Dəmir Yumruğu altında birləşərək torpaqlarımızı birlikdə düşmən tapdağından xilas etməliyik. Müharibə dövründə xalq hakimiyyət birliyi nəticəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzzəfər Ordumuz deşməni işğal edilmiş torpaqlarımızda məğlub edərək Şanlı qələbə çaldı. 

Demokratik dövlətdə yaşayırıq, siyasi partiyaların yaradılmasının məqsədi fəaliyyətləri ilə xalqın etibarını,edimadını qazanmaqla dinc yolla hakimiyyətə gəlməkdir. Bu təbii prosesdir və bütün inkişaf etmiş dövlətlərdə qəbul olunandır.  Qardaş Türkiyə timsalında göstərə bilərik ki, hakim partiyaya qarşı kəskin möqedə olan ana müxalifət liderləri, ölkə üçün əhəmiyyət kəsb edən məqamlarda yan-yana dayanırlar.Bu onlara siyasi mübarizə aparmaqda mane olmur.  Hakimiyyətdə Prezident Rəcəb Taib Ərdoğanın rəhbərlik etdiyi AK partiya olmasına baxmayaraq, 15 milyondan artıq əhalisi olan İstanbul kimi böyük, meqapolis şəhərində ana müxalifət partiyasının namizədi apardığı siyasi təbliğatın nəticəsində xalqı ona səs verməyə inandırdı və qalib gələrək şəhər rəhbəri seçildi. Bir çox əyalətlərdə, şəhər və rayonlarda müxalifət partiyalarının nümayəndələri də həmçinin. 

Azərbaycanda da bu gün belə bir şərait var. İstər prezident, istər parlament, istərsə də yerli bələdiyyə seçkilərinə azad seçkilər keçirilir, müxalifət partiyalarına bu seşkilərdə iştirak etmələri üçün şərait yaradılır. AXCP və Musavat partiyaları guya radikal mövqe tutaraq, yaradılan şəraitdən istifadə etməkdən qətiyyətlə imtina edirlər. Fərqində deyillər ki, bu hərəkətləri ilə onsuz da elə də çox olmayan qalan eloktaratlarını da itirirlər.    

İqtidar-müxalifət dialoqunun məqsədi hansısa siyasi partiyanın daxili işlərinə müdaxilə etmək deyil. Sadəcə onların irad və təkliflərini dinləmək, partiyanın sərbəst fəaliyyət göstərməsi üçün problemlərinin həllinə köməklik göstərməkdir. Məhz aparılan dialoqun nəticəsidir ki, qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılıb, vaxtı-vaxtınada qurultaylarının keçirilməsi üçün yerlə təmin olunmasına şərait yaradılıb. Uzun fasilədən sonra 7 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb. Həmçinin  iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunmaqdadır və siyasi partiyaların respublikanın ictimai-siyasi həyatında daha yaxından iştirakının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar. Dialoqdan imtina etməklə, AXCP – Musavat cütlüyü özlərini yaradılan bu şəraitdən kənarda saxlayırlar.   

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkədə milli həmrəylik və sağlam siyasi münasibətlərə köklənmiş siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurların bundan sonra da davam etdiriləcəyini qeyd edən Ədalət Vəliyev diqqətə çatdırıb ki, Azərbaycanda çoxpartiyalılığın inkişafına yönəlmiş addımlar ali siyasi iradənin təzahürüdür və iqtidar hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan edib. 

Hazırladı: Rüstəm Hacıyev
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK