SON DƏQİQƏ:

20 il əvvəlin "Əkiz qüllələr" terroru: Faciənin 3 min qurbanı

  1027   |  
Şriftin ölçüsü  

Azərbaycan terrordan əziyyət çəkən bir ölkə olaraq, hər zaman dövlət və xalq olaraq terrora qarşı olub və terroru pisləyib. 

Adalet.az xəbər verir ki, 2001-cı il sentyabrın 11-də ABŞ-da dünya tarixində misli görünməmiş terror aktları baş verib. ABŞ-ın Nyu-York şəhərinin Manhetten səmtində yerləşən Ümumdünya Ticarət Mərkəzində törədilən terror aktından 20 il ötür. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.

Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.

 

 

Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

 

Hadisənin təhqiqatı ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.

 

 

Sentyabr hadisələri terrorla mübarizədə beynəlxalq fəallığı gücləndirib. 2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar terror aktında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı yönəlib.

 

ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.

2002-ci il martın 11-də Ümumdünya ticarət mərkəzinin yerində həlak olanların xatirəsinə müvəqqəti abidə qoyulub. Bir ay ərzində Manhetten səmasına dağılan binaların simvolu olaraq iki paralel işıq sütunu ucalıb. Terror aktının onuncu ildönümündə isə “Əkiz” qüllələrin yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olub.

 

2014-cü ilin mayında ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş muzeyi fəaliyyətə başlayıb. Muzeyin əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşir. Ekspozisiyada, əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.

. Nyu-York şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış 9/11 Memorialı da bir neçə il əvvəl təşkil olunub və hazırda amerikalıların ziyarət etdiyi əsas yerlərdən biridir.

 Xatırladaq ki, 11 sentyabrda baş verən terrorda 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.

Əntiqə Rəşid

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK