adalet.az header logo
  • Bakı -°C
22 Noyabr 2026 16:04
58
ANALİZ
A- A+

Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib

Ədliyyə sistemi dövlətçiliyimizin əsas dayaqlarından biri olmaqla hüquqi dövlət quruculuğunda mühüm rol oynayır. Qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, ədalət prinsiplərinin bərqərar edilməsi istiqamətində ədliyyə işçilərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

 

Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl hüquqi islahatlar ədliyyə sisteminin daha da təkmilləşdirilməsinə, məhkəmə-hüquq sahəsində şəffaflığın artırılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlətçilik konsepsiyası Azərbaycanın müasir hüquq sisteminin inkişafının fundamental əsasını təşkil edir. Sözügedən prinsiplərə sadiqlik nümayiş etdirən ədliyyə işçiləri dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsinə, qanunun aliliyinin və hüquqi sabitliyin təmin olunmasına mühüm töhfələr verirlər.

 

Bu şərəfli və məsuliyyətli sahədə çalışan bütün ədliyyə işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar və yeni-yeni nailiyyətlər diləyirəm.

 

Günay Ağamalı 

Milli Məclisin deputatı,

Ana Vətən Partiyasının sədri.