adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Sentyabr 2021 14:52
675
DÜNYA
A- A+

“Buran” Rusiyaya qaytarılmayacaq

Sentyabrın əvvəllərində, “Buran” çoxistifadəli kosmik gəmisini hazırlayan   Rusiyanın “Molniya”  eimi-istehsal birliyi,  Qazaxıstanın “Baykonur” kosmodromunda qalan kosmik gəminin ikinci nümunəsinin  və onun maketinin Rusiyaya qaytarılacağını bəyan edib. Hələ fevral ayında    Qazaxıstan tərəfi, Alma-Ata şəhər məhkəməsinin qərarına əsasən, dövlət mülkiyyəti hesab edərək, “Baykanur” muzeyində saxlamaq məqsədilə  “Buran” kosmik gəmisinin  Rusiyaya aparılmasından imtina etmişdi. 

“Buran” kosmik gəmisinin və onun maketinin sahibi olan “RKK Baykonur” SC-nin direktoru Dauren Musa, bəyan edib ki, daşıyıcı kosmik gəmini Rusiya vermək niyyəti yoxdur. Musa “Molniya”nın planlarını şəhr edərək bidirib ki, “ Bu gəmini heş kim ondan almayıb. Bunun üçün onun hesabına pul kpçürülmıyib. Bu kosmik gəmini onlar muzey üçün deyil, labarator analizlər aparılması üçün Rusiyaya daşımaq istəyirlər. Aparmaq istəyirlər? Kimdi onlara bu gəmini və maketi verən?”-deyə Musa Facebook səhifəsində yazıb.

Qazağıstanlı biznesmen haqlarının müdafiə olunması üçün beynəlxalq məhkəməyə müraciət edəcəyini bildirib. “ bu qanunsuzluğu törətmək istəyənlər cəzalandırılmalıdır”.

“Roskosmos”yaxın günlərdə dövlətlər arası ikitərəfli  komissiyaların danışıqları zamanı obyektlərin Baykonurda saxlanılmasını , “Buran”nın mühavizəyə  götürülməsi, kosmik gəminin və maketin Rusiyaya gətirilərək muzeyə verilməsini müzakirə edəcəklərini bildirib.

Xatırladırıq ki, “Buran” kosmik gəmisi 1988-ci ildə kosmosa yeganə uçuş həyata keçirib və eniş zamanı damının qopmasına  görə məhv edilib. Onun ikinci ekzemplyarı və maketi “Baykonur” kosmodromunda saxlanılır . Üçüncü eksemplyar Moskvaətrafı Jukovski kosmodromunda, daha bir ekzemplyar isə “RKK Energiya” muzeyində, sonuncu isə  Moskvada “VDNX”-da saxlanılır.

 

Rüstəm Hacıyev