adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Sentyabr 2021 13:04
1586
DÜNYA
A- A+

RUSIYA NATO ILƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR?...

Rusiya müdafiə nazirliyi ehtiyat qüvvələrinin sayını artırır

 

KP.RU saytının yaydığı məlumatlara görə, Rusiya müdafiə nazirliyi ehtiyat qüvvələrininin sayını artırmaq məqsədilə onları Kalininqrad vilayətinə,  Avropanın NATO qüvvələrinin yerləşdiyi istiqmətlərə göndərir. “ehtiyat” qüvvələrini işdə yoxlamaq qərarına gəliblər. Kimdi bi “ehtiyat qüvvələr”, onlara nə qədər pul ödəyirlər?

KP.ru-nun hərbi şəhrçisi Viktor Baranes bu suallara cavab verməyə çalışıb:

Xalq həyəcanla müdafiə nazirliyinin əsas xəbəri – ehtiyyat qüvvələrin sayının artırılmasının, “ NATO-la müharibəyə  hazırlıq” kimi yayılan şayələri izləyir. Rusiya hərbi idarəsinin məlumatında yazılır ki, “Kalininqrad vilayətinə əlavə ehtiyyat qüvvələri göndərilib” ( xatırladırıq ki, bu ərazilərdə yaxın günlərdə “Qərb-2021” Rusiya və Belarusun hərbi təlimləri başlayacaq. ”adalet.az”).  O da məlumdur ki, ehtiyat qüvvələr  Cənub və Mərkəzi hərbi dairələrdən, həmçinin Şimal donanmasından cəlb olunan ehtiyat (rezerv) qüvvələrdi. Nəzərə alınmalıdır ki, Kalininqrad hərbi dairəsinin də ehtiyat qüvvələri var və onlar da bu təlinmərə cəlb olunub.

Müdafiə nazirliyinin məlumatında daha sonra qeyd olunur ki, “ Müqavilə ilə təlimlərə cəlb olunan vətəndaşlar, ehtiyat qüvvələri kimi, təlimlərdə hərbi texnikalardan istifadə etmək qaydaları üzrə bilik və bacarıqlarını artıracaqlar”.  İndi aydınlaşdırmaq lazımdır ki, bu müqavilə bağlayan, ehtiyat qüvvələri kimlərdi?

 

Bunlar əvvəlcədən müdafiə nazirliyilə könüllü müqavilə bağlayan, sülh vaxtı ayda bir dəfə xüsusi təlim mərkəzlərində məşğələlərdə  iştirak edən və müharibə vaxtı  səfərbərlik elan olunan kimi özləri, təyin edildikləri hərbi hissələrə gəlməklə qarşılarına qoyulan tapşırıqlara uyğun hərəkət etməli olan vətəndaşlardı.  Müdafiə nazirli isə müqaviləyə əsasən onlara ayda 4-5 min publ, 3 günlük təlimlərə cəlb olunduqda isə 7-10 min rubl  pul ödəyir. Bundan əlavə yeni müqavilə bağlayan zabitlərə 34 mindən 66 minədək, praporşiklərə, serjantlara və saravilərə isə 18 mindən, 39 min rubladək birdəfəlik vəsait ödənilir.

Nəzərə alınsa ki, könüllü ehtiyat qüvvələrin sayı minlərlədir ( əslində onların sayı məxviləşdirilib və onların sayı barədə dəqiq məlumat yoxdur), anlamaq olar ki, bu vəsait heç də az deyil. İndi müdafiə nazirliyi onları “Qərb – 2021” hərbi təlimlərinə cəlb etməklə xərclədiyi vəsaitin havaya gedib- getmədiyini müəyyənləşdirmək istəyir. Söhbət  vergi ödəyicilərin hesabına  toplanan  pullardan verilir.

Oxucular haqlı sual verə bilərlər ki, “ehtiyat qüvvələrə bir belə pulun xərclənməsinə nə ehtiyac var ki?” Müharibə vaxtı itkilərin olması qaşılmazdır. Bəs sıradan çıxan hərbişiləri kim əvəz etməlidir, 12 ay xidmət edən uşaqlar? Təbii ki, hazırlıqlı ehtiyat qüvvələr.

   P.S. “Ədalət .az” saytı dünən NATO-nun,  Rusiya- Belarus “Qərb – 2021”birgə hərbi təlimlərinin NATO ölkələri sərhədləri yaxınlığında keçirilməsindən və bu təlimlərə həddindən çox hərbi qüvvənin cəlb olunmasından narahat olduqlarını yazmışdı.  İndi məlum olur ki, sentyabr ayının 10-16-sı aralığında keçiriləcək bu hərbi təlimlərə   200 minə yaxın hərbi qüvvə, 80-dən çox hərbi təyyarə, 290 tank və 15 hərbi gəmi, həmçinin müxtəlif reaktiv sistemlər cəlb ediləcək. Təlimlər Rusiya və Belarusiya ərazilərindəki  9 hərbi təlim bazalarında keçiriləcək.

KP.Ru saytının materialları əsasında:

Rüstəm Hacıyev