adalet.az header logo
  • Bakı 28°C
06 Sentyabr 2021 10:22
641
DÜNYA
A- A+

Taliban əsgərləri hamilə qadını güllələdilər

Taliban hamilə bir polis məmurunu öldürməkdə günahlandırılır. Hadisə şahidlərinin BBC-yə verdiyi məlumata görə, Taliban yaraqlıları Əfqanıstanda hamilə bir polis məmurunu güllələyərək öldürüblər.

Yerli mediada adı Banu Negar olan qadın polis qadının Qor əyalətinin mərkəzi Firuz-Koh şəhərində evində qohumlarının gözü qarşısında öldürüldüyü barədə məlumatlar yayılıb. Taliban rəsmisinin BBC -yə verdiyi açıqlamada, hadisənin araşdırıldığını, təmsil etdiyi hərəkatın Negarın ölümü ilə heç bir əlaqəsi olmadığını iddia edib. Taliban sözçüsü Zabihullah Mücahid  Negarın onların əsgərlərinin öldürmədiyini təsdiqləyə biləcəklərini söyləyərək, "Hadisə ilə bağlı məlumatımız var, araşdırma davam edir" deyib.

Z.Mücahid Negarın ölümünü "şəxsi ədavət və ya başqa bir şey" olaraq xarakterizə edərək bildirib ki,  Taliban keçmiş rəhbərliklə işləyənləri əfv edib.

Hadisənin təfərrüatları hələ də aydın deyil, çünki Firuz- Koh şəhərində çoxları cəza qorxusundan danışmaqdan imtina ediblər. Ancaq BBC-yə üç mənbənin verdiyi məlumata görə, Taliban əsgərləri şənbə günü ərinin və uşaqlarının gözü qarşısında Negarı döydükdən sonra güllələyib.

Ailəsindən deyilib ki, yerli həbsxanada işləyən Negar 8 aylıq hamilə idi.

Qohumlarının dediyinə görə, şənbə günü üç silahlı Negarın evinə gələrək ailə üzvlərinin əllərini bağlayaraq evdə axtarış aparıblar. Bir şahid, evə girən bu adamların ərəbcə danışdığını deyib.

 

İLTİFAT