adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Ay camaat, Şuşaya gedirəm - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1632 | 2021-09-01 15:19

Birinci yazı

 

...Elə bil yuxu görürəm. Daha doğrusu, elə bil yuxu görmüşəm. Son beş gündə yaşadıqlarımınheç birinə inana bilmirəm. İnana bilmədiyimdən də danışmaq da, yazmaq da mənim üçün çoxçətindi. İllah da ki, danışdığımı, yazdığımı təkrar yaşadığımdan o anlar yüz yaşın kürəyini yerəvurmuş qoca bir Allah bəndəsinin əlləri kimi əllərim əsir. Və mən təkcə əllərimi özümə tabeetmək üçün nə qədər güc sərf edirəmsə, onun yüz qatı qədərini də ürəyimi sakitləşdirməyəyönəldirəm... Əllərim, ürəyim, fikrim, hamısı bir-biri ilə bir həyəcanın içərisində qarşılaşıbdı. Ohəyəcan qorxulu yuxu deyil. Amma sehirli yuxudu. Sehirli yuxular isə adamı hər yerə çəkibaparır. Bir alma ilə cənnətə də düşmək olur. Sevdiyinin yanına da gedib çıxmaq olur. Bütündünyanı bir anda gəzib dolaşmaq da. Axı sehirli yuxunun alması da sehirlidi. Mən də o sehirlialmanı ovcumun içində əsən əllərimin gücü ilə saxlayır və sığallayıram. Sanki ayüzlümünsaçlarını tumarlayıram, yanağına əl çəkirəm...

Bəli, bu sehirli yuxu 2021-ci ilin avqust ayının 28-də gecə saat 9-a qalmış məni öz qoynuna aldı. Həmin an telefonuma gələn zəng yuxumun başlanğıcı oldu. O zəng, daha doğrusu o zəngin mənəçatdırdığı o səs bir layla kimi bürüdü varlığımı. Bir də gördüm ki, göz qapaqlarım yavaş-yavaşbir-birinə yaxınlaşdı...Bir də gördüm ki, kipriklərim öpüşdü, sarmaşdı bir-birinə yüz ilinhəsrətlisi kimi...Telefonu necə qapayıb, necə bir kənara qoyduğumu unutdum...Yadımda qalan ooldu ki, nəvəm həyəcanlı bir şəkildə atasına səsləndi:

- Babama nəsə oldu... 

Bəli, mənə həmin səslə təkcə nəsə yox, hər şey oldu. Çünki o səs mənə dedi ki, hazırlaşın, Şuşaya gedirsiz! 

Bu yuxu idi, əvvəli səsdən başlayan yuxu. Telefon zəngini mənə yaşatdıqlarını bütün gecəniürəyimdən, fikrimdən keçirtdim. Ələdim hər şeyi. Ələyə-ələyə də kipriklərimdə donan gözyaşımı yığdım ovcuma. Çünki Şuşaya getməyin həsrətini 30 il çəkmişdim... Şuşaya  getməyinarzusunu 30 il dilimə gətirmişdim... Şuşada olmağın şərəfinə 30 il badə qaldırmışdım... Şuşadagəzib-dolaşmağın duasını, diləyini 30 il dilimdən uzaq getməyə qoymamışdım. Və deməli, 30 ilanbaan, günbəgün, aybaay içimdən keçirtdiklərim bir telefon zəngi ilə gerçəkləşirdi. Bu, həqiqətən möcüzə idi, sehr idi. Və mən də həmin o möcüzənin, sehrin yuxusunu görməyəbaşlayırdım...

Açığını deyəcəm, özdə əlimi ürəyimin üstünə qoyub deyəcəm. İnanan inansın, inanmayan da özübilsin, bir də Allahı. Avqustun 29-da işə, «Ədalət» qəzetinə gəldim. Özümdə cəsarət tapmadımki, kiməsə deyim, yuxumu kiminləsə bölüşüm. Yəni bəyan edim ki, mən Şuşaya gedirəm! Nəhayət, bu yuxunun tilsimini açan da gəldi çıxdı redaksiyaya. Millət vəkili, yazıçı Aqil Abbasredaksiyanın dəhlizində qarşılaşanda ilk sözü bu oldu: 

- Təbrik edirəm, Şuşaya gedirsən!..

Bilmədim nə deyim, ona içimdəkiləri necə çatdırım. Yalnız hamının edə biləcəyi, deyə biləcəyiüslubda, qaydada, formada.. Sağ olun, təşəkkür edirəm, - söylədim. Bu sözdən sonra hər kəs birqəribə nəzərlərlə mənə baxdı. O nəzərlərdə çox şey vardı, sevinc də, fəxarət də,ə hətta bir azhəsəd də. Mən bütün bunları bir anın içində izlədim. Xüsusilə, Faiq Qismətoğlunun «Əbülfət, busənin halal haqqındı» söyləməsi, bilgisayar yazarımız Elnarə xanımın «Təbrik edirəm, müəllim» deməsi məni inandırdı ki, mən Şuşaya gedirəm. Məhz bundan sonra bir az cəsarətlənib ən əzizadamlarıma, ən doğmalarıma telefon açıb Şuşaya gedəcəyimi xəbər verdim. Bu yerdə mütləqboynuma almalıyam. Həmin o sehirli telefon zəngindən sonra balaca kitabxanamda əyləşibAllahımla, bir də onunla söhbət etmişdim. Ona görə ki, bu xəbəri Allahımdan və ondan öncəkimsənin bildiyinə güvənim yox idi. Yəni, birmənalı şəkildə əmin idim ki, bu xəbər mənə yolgələndə artıq Allahım və bir də O bilirdi...

İşlə necə oturdum, necə yazdım, pozdum, onun barəsində yazmaq bəlkə də yeri deyil. Çünki oyuxunu görən adam hansı işi görə bilər, hansı yazını yaza bilər. Bunu təxmin etmək o qədər dəçətin deyil. Və mən də həmin yuxunun məndə yaşatdıqlarını, məndə yaratdıqlarını hiss etməyi, oxumağı, dostlarımın, oxucularımın ixtiyarına verirəm. Bircə evə gedəndə böyük nəvəmlətelefonla danışdım. Nigara dedim ki, baban Şuşaya gedir. Həmişə dilavər olan nəvəm bir anlıqduruxdu. Sonra elə uca səslə dedi ki, baba, qorxma, əsgərlərimiz erməniləri ordan qovublar. Şuşabizimdi!

Düzünü deyim ki, onun bu sözləri deyəcəyini heç ağlımın ucundan da keçirtməmişdim. İndininözündə də nəvəmin dediklərimi bilgisayara diktə edəndə də, Ali Baş Komandanın «ŞUŞABİZİMDİ, ŞUŞA AZAD OLUNDU!!!» - deyərək xalqa etdiyi müraciəti xatırlayıram. Çünkimən həmin gün ağlamışdım, elə indi də gözümün yaşını güclə sıxıb saxlamışam. Düşünürəm ki, həmin müraciət özünü azərbaycanlı sayan hər kəsin yaddaşına əbədi möhürlənibdi. Komandanınhəmin səsi hər kəsin qulaqlarında Şuşa adı gələndə, Şuşa sözü işlədiləndə mütləq eşidilməlidir, təkrarlanmalıdır və «ŞUŞA SƏN AZADSAN, ŞUŞA SƏN BİZİMSƏN, ŞUŞA BİZGƏLDİK!!!» sözləri ən müqəddəs kəlam kimi həyatımızın təkcə rəmzi mənası yox, həm də özüolmalıdır. Necə ki, mən onu özümün, ruhumun ifadəsi kimi, məhz həmin o müraciətdən sonragörürəm və özümlə hər yerə də aparıram...

Bəli, yuxunun davam edəcəyinə içimdə bir damcı şübhə var idi. Yəni, bu zəngin hələ hər şeydemək olduğuna tam inanmamışdım. Ona görə də həyəcanımı nə iləsə ovutmağa, özümü hansısabir üsüllasa sakitləşdirməyə çalışırdım. Gah dostlara zəng edirdim, gah internetdə başımıqatırdım. Saytlarda da artıq informasiyalar tirajlanırdı. Açıq-aydın görünürdü ki. Şuşada Vaqifpoeziya günlərinin açılışı olacaqdır. Amma...

Amma «olacaqla» «olmaq» arasında bir əsirlik yol var. O yolu mən keçəcəm, yoxsa yox, o yoldamən olacam, yoxsa yenə xəyallarımın qırıqlarını dənləyəcəm?..

Bax, bu sualın özü   insanı az qala dəli edir. Özü də içində təkrarlanan bu sual kənardan gülüş dədoğura bilir. Bu səbəbdən nə o sualı, nə onun cavabını, nə də yozumunu ruhundan uzaq olankimsə ilə bölüşə bilmirsən... Mən də Allahımı və Onu yanımda, canımda, ruhumda görə-görəonlarla danışmağa da səfərbər ola bilmirdim. Düşünürdüm ki, birdən alınmaz...Birdən gedəbilmərəm, birdən aparmazlar və ən əsası ağlımda hakim olan bir fikir vardı. O da bu gün dünyanıözünün Cıdır meydanına çevirən COVİD-19 idi. 

Ağıla gələn  başa gələr deyirlər. Həmin düşüncələrin içində həmin zəng bir də səsləndi. Bildirdilər ki, şəxsiyyət vəsiqənlə birlikdə ayın 29-da səhər saat 9-da RespublikaMehmanxanasında olmalıyam. Yola düşməmişdən öncə COVİD-19 ilə bağlı testdən keçməklazımdır. Mən bu testdən keçdiyimi də, hər iki peyvəndi vurdurduğumu da bilsəm də, ammaedilən təklif məni ümidləndirdi. Deməli, mənim Şuşaya getməyim, daha doğrusu gedəcəyim biraz da reallağa yaxınlaşırdı. O Şuşaya ki, döyüş zamanı yazmışdım:

 

Şuşanın yolu!

 

Aramsız

güllə yağışı

bələyir torpağı

dəlib keçir

daşı,

otu, 

ağacı,

yarpağı...

bir igid

sol əliylə

sıxıb ürəyini –

dizi üstə

qana boyanıb

barmağı –

ovcu qan dolu...

sağ əliylə

tutub bayrağı

güclə dayanıb

baxır,

baxır

və bağırır:

irəli, qardaşlar,

görünür Şuşanın yolu!..

 

Bəli, mənim üçün bu zəng  Şuşanın yolunu da göstərdi. O yol əlim toxunacaq, nəfəsim çatacaqbir məsafədə idi. Bircə qalırdı hələlik COVİD-19-dan keçmək...

Görəsən, gecə niyə belə uzanır? Bəlkə ətəyindən daş asılıb və kimsə gecəni hardasa söhbətətutub. Görəsən, o kimsə mənim nə çəkdiyimdən xəbərdar deyil? Niyə gecikdirir gecəni? Niyəmənim həsrətimin ömrünü uzadır? Niyə tez sökülmür dan, açılmır səhər? Axı, COVİD-19 testindən sonra da hələ mən cavab üçün nə qədər gözləyəcəm... O nə qədərin içərisində ömrümnə qədər əriyəcək... Eh... Düşündükcə saatın əqrəblərinə diqqət yetirdikcə lap səbirsiz oluram. Ona görə evdən bayıra, küçəyə tərəf çıxıram. İstəyirəm ki, yolnan gəlib keçən hər kəsi saxlayıbdeyəm:

- Ay qardaş, mən Şuşaya gedirəm...

- Ay əmi, ay dayı, ay vətəndaş, mən Şuşaya gedirəm...

- Ay xanım, ay qızım, ay bacım,  mən Şuşaya gedirəm...

- Ay camaat, mən Şuşaya gedirəm...

... Qulağıma sevə-sevə izlədiyim və dəyərli dostum yazıçı, publisist Akif Əlinin də rol aldığı«Tütək səsi» filmi düşür. O filmin sonunu xatırlayırsınızmı? Orda o poçtalyon qız necə qışqırır:

-Ay camaat, əsgər gəlir...

TƏQVİM / ARXİV