22 Oktyabr 2025 14:14
88
GÜNDƏM

Müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard manatı ötüb

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyinə 5 milyard 211,9 milyon manat xərclənib.

Adalet.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,6 % və ya 702 milyon manat çoxdur.

Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərclərinin 62,1 %-i icra edilib.

Xatırladaq ki, bu ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 396,3 milyon manat ayrılıb.