Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar medal təsis edildi

"Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalı təsis edilib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib.
Yubiley medalı haqqında əsasnaməyə görə, Azərbaycan Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif ediləcəklər.
Medalla təltif edən qurum qismində Konstitusiya Məhkəməsi çıxış edəcək.
Digər Xəbərlər
22 Oktyabr 2025 14:14 Müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard manatı ötüb
22 Oktyabr 2025 13:33 DYP piyadalara müraciət etdi
22 Oktyabr 2025 11:57 Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM
22 Oktyabr 2025 11:08 Kamran Əliyev Braziliyaya getdi
22 Oktyabr 2025 10:45 Hərbi məlumat və bildirişləri artıq “mygov”dan əldə edə bilərsiniz
22 Oktyabr 2025 09:18 “Heç bir söz, geyim və fikir ayrılığı bir insanın...” – Psixoloq
22 Oktyabr 2025 09:10 DİN Qarabağa səfərlə bağlı ən çox verilən suala aydınlıq gətirdi - VİDEO
22 Oktyabr 2025 09:00 

Bakı -°C 






