22 Oktyabr 2025 16:28
87
İDMAN

"Qarabağ"ın U-19 komandası "Atletik"ə uduzdu

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Adalet.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv III turda İspaniyanın "Atletik" klububun qonağı olub. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın qapıçısı Teymur Həsənov görüş ərzində meydan sahiblərinin iki penalti zərbəsini dəf edib.

Qeyd edək ki, bu nəticədən sonra Bilbao təmsilçisi 9 xalla turnir cədvəlinə başçılıq edir. Hər üç matçda məğlub olan Ağdam klubu isə xalsızdır və sonuncu – 36-cı pillədə qərarlaşıb.