adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Sentyabr 2021 12:01
4034
MÜSAHİBƏ
A- A+

Hafiz Quliyev: Zeynəb Xanlarova 3 saat məşq etdi, amma...

Teatr sənəti meydana çıxandan rejissorların həmişə aktyorlarla bağlı qayğıları olub. Rejissor tamaşalara quruluş verməklə yanaşı, tamaşalarda oynatdığı aktyorları həm də yetişdirib. Dram teatrları ilə müqayisədə musiqili teatrların rejissorlarını işi daha çətindir. Çünki dram teatrının aktyorları əsasən Mədəniyyət və İncəsənət Universitetində müəyyən mənada aktyorluq dərsi keçiblər. Amma Opera və Balet Teatrında isə səhnəyə aktyorlar yox müğənnilər, xanəndələr, vokalçılar çıxırlar. Bu mənada onlardan operalarda istifadə olunanda rejissor birtərəfdən tamaşa hazırlayır, digər tərəfdən bu vokalçılara atkyorluq dərsi keçir.

Bu gün qəzetimizin qonağı olan, Akademik Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevlə söhbətimiz çox maraqlı alınıb.

Dosye:

Hafiz Quliyev 1960-cı ildə mayın 10-da Cəbrayıl rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirib və gənc mütəxəssis kimi Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına işləməyə göndərilib. 1996-cı ildə o, teatrın baş rejissor vəzifəsinə təyin olunub. Bu gün teatrın repertuarında özünəməxsus yer tutan Y.Hacıbəyovun "Leyli və Məcnun", "Arşın mal alan", Z.Hacıbəyovun "Aşıq Qərib", F.Əmirovun "Sevil", Ş.Axundovanın "Gəlin qayası", R.Mustafayevin "Vaqif" operaları H.Quliyevin quruluşunda səhnəyə qoyulub. H.Quliyev həm də bir vaxtlar təhsil aldığı Mədəniyyət və İncəsənət universitetində aktyor və rejissor sənəti fənnindən dərs deyir. Eyni zamanda Y.Hacıbəylinin məhşur "Arşın mal alan" əsərinə Ankara opera və Balet teatrında, Samsun Dövlət Opera və Balet tearında, Belarusiya Akademik Musiqili Teatrında, Çin Xalq Respublikasının Pekin Milli Operasında "Tiainqo" teatrında həmin teatrların kollektivinin iştirakı ilə və bir çox ölkələrdə tamaşalar qoyub. 
2005-ci ildə H.Quliyev əməkdar incəsənət xadimi, 2012-ci ildə isə prezident mükafatına layiq görülüb.

Xanəndələr teatra aktyor sənətindən demək olar ki, bixəbər gəlirlər...

  - Hafiz müəllim, opera teatrın spesifik janrı olduğunu üçün dram tamaşası hazırlayan rejissordan fərqli olaraq bu tamaşalara quruluş verən rejissorlar bir çox çətinliklərlə qarşılaşırlar. İstərdim söhbətimizə bu janrda tamaşa hazırlamağın asan və çətin tərəfindən başlayaq.

- Mən 34 ildən çoxdur ki, Opera və Balet Teatrında çalışıram və 25 ildir  baş rejissor vəzifəsini yerinə yetirirəm. Bu illər ərzində hazırladığım tamaşalarda opera janrına məxsus spesifik çətinliklərlə qarşılaşıram. Dram teatrlarında səhnəyə qoyulan tamaşalarla bizim hazırladığımız  tamaşalarda böyük fərqlər var. İlk növbədə musiqi elmini  mütləq bilməlisən və hadisənin açılmasında onu hiss etməlisən ki, əsərdəki musiqi ilə mihzanlar vəhdət təşhkild etməlidir. Rejissor bilməlidir ki, hansı musiqidə hansı mizanlardan istifadə etməlidir. Opera teatrında rejissor peşəkar aktyor yox musiqiçilərlə, konkret rəqqas və vokalçılarla işləmə olur, yəni əlində konkret material yoxdur. Məsələ bundadır ki, istər vokalçılar, istər də xanəndələr teatra aktyor sənətindən demək olar ki, bixəbər gəlirlər. Baxmayaraq ki, həm Bakı Musiqi Akademiyasında, həm Asəf Zeynallı adına Musiqi Kollecində, həm də, Milli Konservatoriyada onlara aktyor sənəti də tədris olunur.

- Bildiyimə görə, həmin tədris müəssisəlrində aktyorluq dərslərini siz keçirsiniz...

- Bəli, artıq bu işdə irəliləyiş var. Gənclər böyük həvəslə aktyorluq sənətini öyrənirlər. sözün düzü elə orda çətinliklərini çəkirik ki, sonradan teatra gələndə bizə rahat olsun. Bu problem bütün dünyada var. Əslində bu da təbiidir. Çünki bunların əsas xammalları səsləridir. Onların qarşılarına qoyduqları əsas məqsəd operanın musiqisini tamaşaçıya mükəmməl şəkildə çatdırmaqdır. Opera və Balet Teatrında yeganə rejissordur ki, taimaşaçıya bitkin bir tamaşa təqdim etmək arzusundar. Yerdə qalanlar, istər orkestr, istər bəstəkar, istərsə də solistlər tamaşaçıya musiqinin keyfiyyətli çatdırlamsının arzusundadır. Çünki bəstəkar operanın musiqisini bəstələyəndə daha çox vokalçının onu necə oxuyacağını düşünür. Amma bununla yanaşı, mənim rejissor kimi onlardan tələb etdiklərim də var, axı və onlar bunu mənə verməyə borcludurlar. Bu mənada, rejisorun boynuna ağır yük düşür ki, vokalçının aktyorlduq qabiliyyətini ortalığa çıxarsın. Opera və Balet Teatrının rejissoru çox səbirli adam olmalıdır. Çünki o solistlərə aktyorluq sənətini əlifbadan öyrətməyə başlayır. Opera sənətində bir əsas partiyanı mükəmməl hazırlamaq elə tamaşa qoymaq qədər çətindir. Əgər bir neçə il ərzində "Məcnun", "Koroğlu", "Karmen", "Nigar" kimi samballı obrazların mükəmməl ifaçısı yetişirsə, bu artıq nəticədir. Xanəndələrə müqayisədə, vokalistlərlə işləmək çətindir. Çünki nəfəs almaq məsələsi var. Bir rejissor kimi həmişə məni narahat edən məsələ odur ki, hər hansı partiyada aktyora necə mizan verim ki, onun səsinə mane olmasın.

Böyük ustad Alim Qasımovla "Leyli və Məcnun" operasını hazırlayanda 6-7 ay usanmadan məşq elədik, amma tamaşa vaxtı heç 10 faizini vermədi.

 

- Uğurlu nəticə əldə etmək olurmu?

- Mən elə bir rejissor tanımıram ki, tamaşadan tam razı qalsın. Ola bilsin tamaşaçılar bu tamaşanı bəyənirlər. Amma rejissor o zaman tamaşadan razı qalır ki, aktyor onun tapşırığını 200 faiz həyata keçirsin. Mən aktyora verdiyim tapşırığın 50 faiz cavabını alanda sevinirəm. Böyük ustad Alim Qasımovla "Leyli və Məcnun" operasını hazırlayanda 6-7 ay usanmadan məşq elədik. Amma tamaşa vaxtı heç 10 faizini vermədi. İnanın ki, onun məşqi özü bir tamaşa idi. Bilirsinizmi, aktyorun ən böyük düşməni həyəcandır.

- Siz dram teatrı rejissoru fakültəsini bitirmisiniz və bilirəm ki, rejissorlar musiqili teatra çox maraq göstərmirlər. Operaya sizi nə gətirdi?

- Mən hələ tələbəykən bu teatrda çalışırdım. Bu səbəbdən, Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirəndə təyinatımı da Opera və Balet Teatrına verdilər. Özü də o illərdə təyinat məcburi idi. Əgər təyinatla 3 il göndərilən yerdə işləməsəydin, səni heç hara götürmürdülər. Getməsəydin, ümumiyyətlə diplomunu vermirdilər. Məsələ burasındadır ki, o illərdə gənc mütəxəssislərə dövlət çoxsaylı imtiyazlar verirdi, onları mənzillə təmin edirdi. Mən hələ ikinci kursdan etibarən Opera və Balet Teatrında qoyulan tamaşalarda kütləvi səhnələrdə çıxış edirdim. Ona görə də, təyinatımı elə bu teatra verdilər.

- İlk quruluş verdiyiniz tamaşanı xatırlayırsınızmı?

- Mən teatra rejissor kimi gələndə Ağakişi Kazımov "Vaqif" operasını hazırlayırdı. İlk illər mən rejissor köməkçisi, bir müddət də assisenti bütün rejissorlarla çalışmışam. Quruluşçu rejissor kimi ilk işim Süleyman Ələsgərovun "Solğun çiçəklər" operası oldu. Bu əsəri rəhmətlik Süleyman müəllim təzə yazmışdı və operanın ilk quruluşçu rejissoru mən oldum. Sonra "Leyli və Məcnun"u hazırladım. Amma bu Mehdi Məmmədovun quruluşu idi, sadəcə truppa təzə idi. O ərəfədə mənə "Şah İsmayıl" operasını da bərpa etməyi həvalə etdilər. Bu opera məndən əvvəl 60-cı illərdə oynanılıb. Ondan sonra hardasa 30 ildən çox səhnəyə qoyulmayıb, özü də mən bu tamaşaya heç baxmamışdım. Bu tamaşanı operanın dekorasiyaları əsasında hazırladım. Ondan sonra "Aşıq Qərib"i mənə verdilər və quruluşçu rejissor vəzifəsinə keçirdilər. "Arşın mal alan" operettasını 30 ildən sonra yeni quruluşda mən səhnəyə qoydum. Onu da sonuncu dəfə 60-cı ildə səhnəyə qoyublar. Sonradan filmi çəkilsə də, tamaşası olmamışdı.

- Sizin tamaşalarda korifey sənətkarlardan kimlər iştirak ediblər?

- Mən Zeynəb Xanlarovanın oynadığı "Leyli və Məcnun"a quruluş vermişəm. Ondan başqa Arif Babayev, Canəli Əkbərov, rəhmətlik Səfa Qəhrəmanovun adlarını çəkə bilərəm. Bir məqamı vurğulamaqa istəyirəm, Zeynəb Xanımın işləmək həvəsinə heyran qalmışdım. Düz 6 saat dayanmadan məşq etmişik, bir kəlmə də etiraz etməyib. Baxmayaraq ki, 30 ilə yaxın "Leyli" oynamışdı. Mənə dedi ki, səndən rejissor olacaq...

Sözün düzü, azərbaycanlı olmağımla fəxr elədim...

 

- Hafiz müəllim, çox maraqlıdır ki, siz hətta əcnəbi vokalistlərlə də tamaşalar hazırlayırsınız. Mənim bildiyimə görə, "Arşın mal alan" 4-5 xarici ölkədə səhnəyə qoymusunuz.

- Bildiyiniz kimi, dahi Üzeyir Hacıbəyovun çox məşhur olan "Arşın mal alan" əsəri artıq Azərbaycan sərhədlərini keçib. Onun bizə məlum olan əsərləri demək olar ki, dünyanın bir çox ölkələrinin səhnələrində oynanılıb. Maraqlı odur ki, yaşadığımız dövrdə də klassik sənət nümunələri hesab olunan bu kimi əsərlərə geniş yer verilməkdədir. Bilirsinizmi, dahi Üzeyir bəyin musiqisi o qədər çəkicidir ki, onun dünyanın hər yerində dinləməyə böyük həvəs göstərirlər. Mən bu tamaşanı Türkiyə, Belorus, Çin kimi ölkələrdə hazırlamışam. Hətta Çində bu tamaşanı hazırlayandan insanların ona necə maraq göstərməsi məni heyrətləndirdi və sözün düzü, azərbaycanlı olmağımla fəxr elədim.

- Son  illər ölkəmizdə akademik musiqiyə bir maraq, qayıdış hiss olunmaqdadır. Sizcə, bu nədən irəli gəlir?

- Şəxsən mən bir rejissor kimi klassikaya olan marağı, klasikaya olan qayıdışı alqışlayıram və istərdim ki, bu daha da artsın. Yenə də təkrar edirəm, bizlər özümüzü dünyaya yalnız bu yolla, yəni klassik sənət nümunələrini təbliğ etməklə tanıtdıra bilərik. "Arşın mal alan"ın tamaşaçıları arasında gənclər çoxluq təşkil edir. Onlar keçən əsrin əvvəllərində yazılan və öz səhnə həllini tapmış bir sənət nümunəsini müasir quruluşda izləyir və öz maraqlarını gizlədə bilmirdilər.

- Hecə bilirsiniz, bu günlər yaranan hər hansı bir əsər gələcəkdə klassik sənət nümunəsi səviyyəsinə qalxa biləcəkmi?

- Əlbəttə ki, elə əsərlər var...

- O baxımdan deyirəm ki, bu gün yaranan sənət nümunələri elə də ciddi qəbul edilmir.

- Söz yox ki, hər bir sənət nümunəsi yarandığı anda klassikaya çevrilə bilməz. Bunun üçün müəyyən vaxt lazımdır. Zaman öz işini görəcək, zaman hər şeyə öz qiymətini verəcək. Xatırladım ki, tamaşaçı əsl sənət nümunəsi seyr edərkən formalaşır. Yəni əgər tamaşaçı hər hansı səviyyəli bir sənət nümunəsini seyr edərək düşünürsə, deməli istənilən nəticə əldə edilib. Yüngül sənət nümunələrini seyr edən tamaşaçı düşünə bilməz. Bunun üçün də çalışmaq lazımdır ki, səhnəyə çıxarılan hər bir əsər əsl sənət nümunəsi olsun.

 

İLTİFAT