Məktəbli qətlə yetirildi: Sinif yoldaşı saxlanıldı - YENİLƏNİB

Cəlilabad rayonunun Xəlilabad kəndində məktəblinin öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Adalet.az xəbər verir ki, hadisə rayonun Xəlilabad kənd orta məktəbində baş verib.
Öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış.
İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Dünən şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər.
Bu gün səhər isə evlərindən mətbəx bıçağı götürərən S.Əsgərov birinci dərsdən sonra K. İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib və daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib.
Ağır yaralanan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
14:59
Cəlilabadda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib.
Adalet.az Apa-ya istinadla xəbər verir ki, hadisə Cəlilabad rayonunun Xəlilabad kəndində baş verib. Sinif yoldaşları arasında mübahisə yaranıb.
Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. Yeniyetmə xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Narkotiklərdən istifadə və kriminal həyat tərzini təbliğ edən şəxs həbs olundu - VİDEO

Narkokuryer həbs olundu - VİDEO

Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı

"Vüsal 300" həbs edildi

Həmin erməni bir il əvvəl müsahibə veribmiş... - VİDEO

Polis 15,2 kq narkotik aşkarlayıb

Həmkəndlisinin başını bədənindən ayırdı - Sabirabadda qətl
