Avtobus sürücüsünü döyən şəxs SAXLANILDI
Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.
Bu haqda DİN-nin Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli Adalet.az-a bildirib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.
Araşdırmalar davam edir.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

