Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüş keçirdi - FOTOLAR
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb.
Adalet.az xəbər verir ki, cari ilin aprel–iyul aylarını əhatə edən könüllülük proqramı gənclərin bilik və bacarıqlarını inkişaf etdirməsi, sosial layihələrə fəal qoşulması və media sahəsində praktiki təcrübə toplaması üçün geniş imkanlar yaradıb. Könüllülər müxtəlif təlimlərdə, yerli və beynəlxalq tədbirlərdə təmsil olunub, eyni zamanda Agentlik tərəfindən həyata keçirilən “Media savadlılığı” həftəsinin və 3-cü Şuşa Qlobal Media Forumunun təşkilində iştirak ediblər.
MEDİA könüllüləri ilə görüş keçirən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək gənclərin təşəbbüskarlığı və məsuliyyətli yanaşmasının proqramın uğurla yekunlaşmasında mühüm rol oynadığını qeyd edib. O, MEDİA könüllülərinin xüsusilə 3-cü Şuşa Qlobal Media Forumundakı rolundan, göstərdikləri yaradıcı yanaşma və komanda ruhundan bəhs edib
Sonda “MEDİA könüllüləri” Proqramını müvəffəqiyyətlə başa vuran 60-a yaxın gəncə sertifikatlar təqdim olunub.
Digər Xəbərlər
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06
Bu hesabatda Azərbaycana dair qərəzli mülahizələr var - MEDİA
10 Mart 2026 12:33
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
04 Mart 2026 11:39


Bakı -°C

