adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Avqust 2021 12:20
980
İDMAN
A- A+

PSJ "Real"ın ikinci təklifini də rədd etdi

PSJ hücumçusu Kilian Mbappeni transfer etməklə bağlı "Real"ın göndərdiyi ikinci təklifi də rədd edib.

Adalet.az "Le Parisien"ə istinadən xəbər verir ki, Madrid klubu Paris təmsilçisinə 170 milyon avro və 10 milyon avro bonus təklif edib. Ancaq bu təklif də müsbət cavablandrılmayıb. İndi Mbappe "Real"ın üçüncü təklifi edəcəyinə ümid edir.

Daha əvvəl "Kral klubu" PSJ-yə 160 milyon avro təklif etmişdi və mənfi cavab almışdı.

Qeyd edək ki, Mbappe 2018-ci ildən Paris təmsilçisində oynayır.