SON DƏQİQƏ:

Atatürkün Türkiyəni var edən əmri - Eminquey yazır

  1722   |  
Şriftin ölçüsü  

Dünya hərb tarixinin ən möhətəşəm savaşlarından biri Atatürkün “Melhame-i Kübra!” adını verdiyi Sakarya Meydan Müharibəsidir.

22 avqustda başlayıb 11 sentyabra qədər davam edən 22 gün, 22 gecə qana-qan, süngüyə-süngü ən qanlı müharibələrdən biri.

Bu müharibəyə “Zabitlər müharibəsi” deyirlər.

Səbəb isə tarixdə görülməmiş şəkildə bir çox zabitin həlak olmasıdır. Türk ordusunda 277 zabit şəhid olmuş, yunan ordusunda isə 208 zabit həlak olmuşdu.

Sakarya Meydan Müharibəsində Türkiyə Böyük Millət Məclisi ordusu 5 min 436 şəhid verir, ümumi yaralı sayı isə 17 min 500 olur. Yunan ordusu isə 3 min 750 döyüşçü itirir.

Atatürkün bu savaşda verdiyi əmr sloqana çevrilir:

“Xətt müdafiəsi yoxdur, yerüstü müdafiə var. Bu ölkənin hər yeri Vətəndir”.

Bu əmrlə 1683-cü ildə Vyana ilə başlayan və düz 238 il davam edən torpaq itkisi və geri çəkilmə faciəsinə Sakaryada son verilir.

Türkün uğursuz taleyi və o günə qədər bilinməyən, tətbiq olunmayan yeni bir müdafiə strategiyası ilə tərsinə çevrilir.

Atatürkün sloqana çevrilən cümləsinin davamı belə idi:

“Yurdun hər qarış torpağı Vətən övladlarının qanıyla islanmadıqca, düşmənə verilə bilməz”.

Bu əmr türkün yüz illərlə davam edən qovulma prosesi dayanmış və tarixə bənzərsiz bir komandan qazandırmışdı.

Yunan ordusu məğlub edildikdə və Eskişehir Afyon xəttinə çəkildikdə tam bir il gözləmə müddəti başlayır və bu, Türk Ordusunun bütün gücüylə böyük bir hücuma hazırlaşdığı dövr olur.

Atatürk 19 sentyabr 1921-ci ildə TBMM-də deyir:

- Bütün cahanın bilməsi vacibdir ki, türk xalqı Türkiyə Böyük Millət Məclisi və onun höküməti ələ salınmağa dözə bilməz! Müttəfiq dövlətlər belə varlığımızı və milli müstəqilliyimizi tanıyarsa, bizimlə aramızda qarşıdurmaya heç bir səbəb olmayacaq. Dərhal sülh əldə oluna bilər…

Atatürk bu qələbədən sonra belə barış, sülh istəyir, hətta yunanların adını çəkmir, “müttəfiq dövlətlər” deyəndə İtaliya, İngiltərə və Fransaın yaratdıq imperiyalist işğalçıları nəzərdə tuturdu. Amma çifayda! Görünür son zəfərin qazanılması lazım idi.

1922-ci ilin avqustunda Dumlupınarda Baş komandanlıq Atatürkün “Ordular, ilk hədəfimiz Ağdənizdir” əmrilə hücuma keçir, başda ingilislər olmaqla müttəfiqlərinin “əsla keçilməz” dediyi düşmən istehkamları yerlə yeksan olunur, Yunan ordusunun baş komandanı Trikopis və silahdaşları qaçmağa çalışarkən tutulur və 9 sentyabrda İzmirdə dənizə tökülür.

Əgər Sakarya qələbəsi olmasaydı, bu qələbə də olmayacaqdı. Bu qələbə olmasaydı, Türkiyə var olmayacaqdı və tarixə qovuşacaqdı.

Bundan öncəki yazımda "Biz Vətəni səngərdən bu yana dartmadıqca" başlıqlı yazımda bundan bəhs edirdim.

Ümit Zilelinin köşə yazısındakı bu tarixi məlumatları o yazıya daha geniş mötərizə açmaq üçün əla fürsət oldu.

Böyük şəxsiyyət Atatürkün də dediyi ki, hər yer Vətəndir. Vətən müdafiə xəttindən, sərhəddən başlamır.

Və onun hər qarışı ya qanla qarışmalıdır, ya da tərlə. Ki, Vətən olsun!

İkisi də döyüşün məhsuludur.

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK