adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Avqust 2021 23:01
15998
İDMAN
A- A+

"Neftçi" qələbəni əldən verdi

Azərbaycan çempionu “Neftçi” Konfrans Liqasında debüt edib. Çempionlar Liqası və Avropa Liqası ilə vidalaşan Bakı təmsilçisi qitənin üçüncü dərəcəli klub turnirinə pley-offdan başlayıb. Son Azərbaycan çempionu “Neftçi” də turnirdə Hayfa “Makkabi”si ilə qarşılaşıb. Bakıda baş tutan oyun 3:3 hesablı ilə bitib. Paytaxt təmsilçisi İsrail klubunu məğlub edə bilməyib.

Azərbaycan təmsilçisinin heyətində qolları Y.Laval (50-ci və 66-cı dəqiqələ) və E.Mahmudov vurublar, rəqib komandanın heyətində isə O.Atsili (9-cu dəqiqə), T.Şeri (78-ci və 90+8-ci dəqiqələr) fərqləniblər. .

Qeyd edək ki, “Neftçi” avqustun 26-da İsraildə “Makkabi”nin qonağı olacaq.