adalet.az header logo
  • Bakı 7°C
04 Avqust 2021 16:45
20431
DÜNYA
A- A+

Bu ölkədə 40 nəfər edam olundu

“Amnesti İnternəşnl” Səudiyyə Ərəbistanının G-20-yə sədrliyini təhvil verdikdən sonra ölkədə 2021-ci ilin ilk yarısında edam cəzalarının artmasına diqqət çəkib.

Adalet.az xəbər verir ki, Britaniyada yerləşən təşkilat krallığın 2021-ci ilin yanvar-iyul ayları arasında 40 nəfəri edam etdiyini, bunun isə ötən ilə nisbətən çox olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanının 2019-cu ildə 185 nəfəri edam etməsinə baxmayaraq, krallığın 2020-ci ildə edam sayını əvvəlki ilə nisbətən 85 faiz azaldaraq, bu rəqəmi 27-yə endirdiyi vurğulanıb.